Qız qalası (Azərbaycanın tarixi abidələri)

in #hede-io6 years ago (edited)

qizqalasi13.jpg
(Şəkil 1)

Azərbaycan ərazisində tarixi abidədir. Tikili "içəri şəhər"in və ya bakının qədim qala divarlarının cənub-şərqində, dənizkənarı parkın (bakı bulvarı)nın yaxınlığında yerləşir.

  • Hündürlüyü: 28 metr,
  • Diamеtri: birinci mərtəbədə 16,5 metrə,
  • Divarının qalınlığı: 5 metr

Qalanın içərisi yоnma daşlarla və günbəz fоrmalı tavanla örtülülərək 8 mərtəbəyə bölünüb.

1964-cü ildən Qız qalası muzey kimi fəaliyyət göstərməyə başlayıb və 2000-ci ildən artıq UNESCO-nun dünya irsi siyahısında qeydə alınıb.

Qalaya giriş yalnız qərb tərəfdən və yеr səthindən 2 metr hündürlükdə оlan qapıdandır. Qalaya Qız qalası adının verilməsi ilə bağlı müxtəlif fikirlər olsa da, lakin həqiqətə daha yaxın olan qızla bağlı əfsanə görünür. Bu əfsanəyə görə qardaşı (bəzi mənbələrdə isə hökmdar ( qızın atası)) tərəfindən qalaya həbs olunan qız bu əzaba dözməyib və qaladan özünü ataraq intihar etmişdir. Lakin digər fərziyyələrə görə isə bu qala əvvəllər “Göz qalası” adlandırılıb, zamanla dəyişərək “Qız qalası” adını almışdır.

Tikilmə vaxtı ilə də bağlı bir sıra fərziyyələr var. Belə ki, abidənin yaşının Şumer dövrünə, bəzi mənbələrdə isə XII yüzilliyə aid olduğunu iddia edənlər var. Beləki, qala divarları (daş kitabə) üzərindəki daşların birində ərəb əlifbası ilə belə yazılıb: “Davudun oğlu Məsudun qülləsi”. Kitabənin üslubu 12-ci əsr yazısına yaxın olduğu üçün bir çox alimlərin fikrincə, Qız qalası məhz elə bu dövrdə tikilmişdir. Bəzi alimlərin fikiincə isə qalada istifadə olunan tikinti materiallarının Qəbələdəki 1-ci minilliyin ilk əsrlərinə aid edilən abidələrin materialları ilə oxşarlıq təşkil etdiyini əsas hesab edərək qalanı antik dövrə aid abidələrdən hesab edirlər. Qız qalasının tikilmə məqsədinin müdafiə qurğusu, göz qülləsi, atəşpərəstlik məbədi və bu kimi başqa məqsədlər üçün tikildiyi fikirlər irəli sürülür. Аbidənin quruluşunа əsаslаnаrаq onun tаriхinin daha da qədim 7-8 ci əsrlərdə tikildiyini söyləyənlər də var.

images.jpg
(Şəkil 2)

Zamanla döyüşlərdə daşları zədələnən Qız qalası tədricən müxtəlif dövrlərdə bərpa edilərək orta əsrlərdə, içərişəhər Qala divarı ilə bərabər şəhərin müdafiəsinə хidmət göstərmişdir.

Şəkillərin mənbəyi:


Posted on Hede.io - Knowledge Sharing Dictionary
Read this entry or all entries about qız qalası.

Sort:  

Source
Please be mindful of country-specific tags. These tags are for articles written in that countries language or about that country.

More information:

The Game of Tags

Bakımızın simvoludu Qız Qalası. İndi bir az tarixiliyini pozublar, yenə də bizimdi))

Doğrudur. Lakin əvvələr Azərbaycanın simvolu kimi Qız Qalası göstərilirdisə indi müasirləşən dünyaya Alov Qülləsi göstərilir.

Coin Marketplace

STEEM 0.36
TRX 0.12
JST 0.039
BTC 70223.87
ETH 3561.28
USDT 1.00
SBD 4.73