Adam dönüb tanrı olmaz, a zalım.

in #steemix5 years ago


photo

Adam dönüb tanrı olmaz, a zalım

Elə bilmə səndən sonra gün doğmadı dağlara.
Elə bilmə səndən sonra qar su olub axmadı.
Elə bilmə səndən sonra tərk edənlər olmadı
Elə bilmə tək sən oldun aldadan bu axmağı!

Bu yollarda az olmadı səfil kimi gəzdiyim
Bu yollarda daş qalmadı dizlərimə dəyməyən.
Bu yollarda qarışqalar, bu yollarda sərçələr
Bu yollarda ağaclar da dərd ortağım oldular.
Bu yollarda, bu bozluqda tək sən oldun gözlərimə dəyməyən.

Adam birdən birə dönüb tanrı olmaz, a zalım
Adam birdən birə belə yoxa çıxmaz, sevdiyim..
Adam birdən birə dönüb hava olmaz, a zalım
Adam birdən birə belə aslı etməz adamı!


photo

Şair doğulmuşam

Gözlərini buğda dənəsi kimi əkərsən ,
ürəyindən eşq cücərər.
Tənhalaşdıqca dəhşətləşər gecələr
Sevərsən təhlükəsizləşər küçələr...

Getdiyin yerdə gözlənilirsənsə
qarşından keçən pişiyin rəngini görməzsən.
Sevərsənsə ən yoxsul halında
özündən zənginini görməzsən...

Başıbatmış məmləkətdə özün olmaq çətindir.
Mən , sən olmağı seçdim...
Bütün vücudumla sənə hopdum
yığışıb ürəyinə köçdüm...

Sən bütün vücudunla , bitmiş bir fikirsən !
Bütün mənası , gözlərində cəmlənən
bir misralıq şeirsən...
Səni oxumaq üçün yox , yazmaq üçün şair doğulmuşam..

Sort:  

Congratulations @bahruz! You have completed the following achievement on the Steem blockchain and have been rewarded with new badge(s) :

You received more than 500 upvotes. Your next target is to reach 1000 upvotes.

Click here to view your Board
If you no longer want to receive notifications, reply to this comment with the word STOP

Do not miss the last post from @steemitboard:

SteemWhales has officially moved to SteemitBoard Ranking
SteemitBoard - Witness Update

Support SteemitBoard's project! Vote for its witness and get one more award!

Qardaşım çox yaxşı yazdın. Çox həssas şiirlər.
Təşəkkür edirik. Mənə çox toxundu.

Hocam azerice öyrenmiş😊

:) bir az hocam

Bir dil bir insan iki dil iki insan, men de biraz anlayabilirem ve azericeyi çox yaxşı buluram 🤗

Ayrıca azerice şiir dinlemekde çox hoşma gidir. Belki de bunda yakın çevremde azeri tanıdıklarımın olması da etkili oluyordur.

@bahruz şiirinizi çok güzel yazmışsınız emeğinize yüreğinize sağlık.Bu şiiri @nurengizbagirova dan dinlemek isterim 😊

Mütləq. Sizin üçün😊

Harikasın çok teşekkür ederim şimdiden 🤗

Hello @bahruz! This is a friendly reminder that you have 3000 Partiko Points unclaimed in your Partiko account!

Partiko is a fast and beautiful mobile app for Steem, and it’s the most popular Steem mobile app out there! Download Partiko using the link below and login using SteemConnect to claim your 3000 Partiko points! You can easily convert them into Steem token!

https://partiko.app/referral/partiko

Congratulations @bahruz! You received a personal award!

Happy Birthday! - You are on the Steem blockchain for 1 year!

You can view your badges on your Steem Board and compare to others on the Steem Ranking

Vote for @Steemitboard as a witness to get one more award and increased upvotes!

Coin Marketplace

STEEM 0.25
TRX 0.11
JST 0.033
BTC 63014.19
ETH 3071.72
USDT 1.00
SBD 3.83