Bu gün şeir kimiyəm.

in #steemix5 years ago (edited)

Bu gün şeir kimiyəm. Hərdən elə oluram, şeir kimi. Duyğularım içimdə təlatüm qoparır. Bir bəhanə axtarıram bulud kimi ağlamağa. Bəhanə dalınca da uzaqlara getməyə ehtiyacım yoxdur ki, mənim. Bir əzizim vardı, deyərdi ki, mənasız sevincdənsə elə qüssə yaxşıdı. Şeir kimiyəm bu gün. O dinləməyə qorxduğum şeir var ha, onu dinləyirəm durmadan.Deyirlər ki, insan birindən aldığı zərbəni unutmaq üçün daha ağır zərbə almalıdır. Çox acımasızdı, deyilmi? Amma insanlar incitməyə, qırmağa, yıxmağa o qədər meyillidirlər ki. Çoxumuz güvənsiz qəlblər daşıyırıq. Bəs o güvənsiz qəlbləri o hala gətirənlər kimlərdi? Onlar Marsdan gəlməyiblər. Elə içimizdədirlər. Baxırsan, hamı məsum, hamı pak. Hünərin var, güvən. Bir dolanda, kövrələndə, bir insan nəfəsinə ehtiyacın olanda ürəyini aç, içini acıdanları danış birinə. Çox keçməz, bir qurşuna dönüb sinənə saplanır.Hünərin var, "dərdimi sənə deyirəm, bax, kimsə bilməsin"- deyə birinə sirrini əmanət edəsən. Sirrinə iki gün keçməz, qiymət qoyular, bahasına satılar elə sənin özünə.
Bir ağsaqqal qonşumuz var. Deyir ki, bu dünyada heç kimə güvənmə. Bircə özünə güvən, ona da şübhə ilə. Amma bir ömür boyu da şübhə ilə yaşamaq olmur ki. Şübhə dünyanın ən lənət duyğusudu, insanı asta -asta yeyib bitirir. Bilmirəm, hansı yaxşıdı, bir ömür boyu şübhə ilə yaşamaq, yoxsa güvənib yanılmaq.Ən yaxşısı mən gedim, dağlarıma qar yağmamış. Hə, bu il qar da yağmadı, belə getsə, bənövşələr açacaq. Bahara da bir şey qalmadı, ikicə ay... IMG-20190106-WA0010.jpg

Sort:  

Congratulations @nurengizbagirova! You have completed the following achievement on the Steem blockchain and have been rewarded with new badge(s) :

You received more than 10000 upvotes. Your next target is to reach 15000 upvotes.

Click here to view your Board
If you no longer want to receive notifications, reply to this comment with the word STOP

Do not miss the last post from @steemitboard:

SteemWhales has officially moved to SteemitBoard Ranking
SteemitBoard - Witness Update

Support SteemitBoard's project! Vote for its witness and get one more award!

"qüssə " nedir hocam?

insan birindən aldığı zərbəni unutmaq üçün daha ağır zərbə almalıdır. Çox acımasızdı,

Evet kesinlikle çok acı. Bizde çivi çiviyi söker derler ama bir acı daha büyüğü ile unutulmaz demezler.

Amma bir ömür boyu da şübhə ilə yaşamaq olmur ki. Şübhə dünyanın ən lənət duyğusudu, insanı asta -asta yeyib bitirir.

Yaşanmaz hocam. Dikkat etmek lazım. Çok konuşmayı seven başka insanlar hakkında konuşan insanlardan uzak durmak lazım :) Niyetleri iyi olsa dahi fıtratları gereği sır tutamazlar

Qüssə acı, hüzün deməkdi. Dediklərinizə qatılıram, hocam.

anladım hocam teşekkür ederim.

Coin Marketplace

STEEM 0.36
TRX 0.12
JST 0.040
BTC 70839.13
ETH 3563.41
USDT 1.00
SBD 4.77