Gözəl görmək.

in #steemix5 years ago (edited)

Payızın son günləri. Çox alçaq boz səma. Qat- qat asılmış qara buludlar. Çiskin soyuq yağış. Rütubətdən qaralmış və ağırlaşmış budaqlar. Şappıltı ilə yerə sərilən islaq yarpaqlar.20181125_112155.jpg Boz səmada təlaşla uçuşan boz sərçələr. Küçələrdə qərar tutmuş palçıqlı gölməçələr. Və qışın gəlib çatmasına qəzəblənən bir dekabr..Bir son bahar ancaq bu cür təsvir oluna bilər. Təbii ki, bütün bunları sevən insanlar var. Payız səbəbsiz yerə insanı qüssələndirən yeganə fəsildi. Onlardan biri dahi rus şairi Puşkin idi. Payız onun ilham pərisi idi. Bu saydığım hüzünlü payız təsvirinə küncündə çırtaçırtla yanan bir soba, onun üstündə sakitcə dızıldayan bir çaydan olan isti bir daxma əlavə eləsək şairlərin niyə payızı sevdiyini anlamış olarıq. Hələ buxar tutmuş pəncərənin altında qoyulmuş bir divan, ya da çarpayını da əlavə etsək. O divanda balışa yaslanaraq qarşısındakı masaya qoyulmuş çaydan qurtum- qurtum içərək nələr yaratmaz ki şair. IMG-20181117-WA0017.jpg
Yaratmaq demişkən, bir dəfə uşaqlara " Balıq ovu" mövzusunda bir yazı yazmaq tapşırmışdım. Hərə bacardığından bir şeylər yazıb gətirmişdi. Bir uşaq isə " Güllər" mövzusunda inşa yazmışdı. Oxudu, çox da gözəl yazmışdı. Nə üçün tapşırdığım mövzunu yox, məhz güllərdən yazdığını soruşduqda isə həyatı boyu balıq tutmağa getmədiyini söylədi. Ən sadə və ən iti uşaq məntiqi. Görmədiyimiz şeyləri necə təsvir edə bilərik ki. Görmək lazımdı. Amma gözəl görmək. Puşkin o çirkin payızı gözəl görən kimi.

Sort:  

Ne güzel tasvir etmişsin sonbaharı emeğine sağlık:)

Teşekkürler😊


Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.
@c-squared runs a community witness. Please consider using one of your witness votes on us here

Congratulations @nurengizbagirova! You have completed the following achievement on the Steem blockchain and have been rewarded with new badge(s) :

You made more than 1000 upvotes. Your next target is to reach 1250 upvotes.

Click here to view your Board of Honor
If you no longer want to receive notifications, reply to this comment with the word STOP

Do not miss the last post from @steemitboard:

Saint Nicholas challenge for good boys and girls

Support SteemitBoard's project! Vote for its witness and get one more award!

steemauto otomatik upvote oylama sistemine katılın paylaşımlarınız otamatik olarak oylansın.

Detaylı bilgi linkde https://steemit.com/tr/@kont82/yazilarina-otomatik-olarak-upvote-almak-istermisiniz

Telegram Grup Linkimiz: https://t.me/steemvote

Coin Marketplace

STEEM 0.35
TRX 0.12
JST 0.040
BTC 70625.87
ETH 3563.07
USDT 1.00
SBD 4.71