Güllər, çiçəklər və gözəlliklər!

in #steempress5 years ago

Salam əziz Steemitaz oxuyucuları!


Bugünkü paylaşımımda Sizlərə güllərdən, çiçəklərdən və bu gözəlliklərdən bəhs edəcəyəm. Mən özüm də gül-çiçəyi çox istəyirəm. Hara getsəm gözəl güllər çiçəklər görəndə onun şəklini çəkməyi sevirəm. Maraqlı çiçəklər və güllər insana xoş gəlir. Onlara baxdıqca insan özünü o gözəlliyin içində hiss edir və bu çox gözəl bir hissdir. Hər nə qədər insan bu gözəllikdən uzaq olmağa çalışsa da, hər insanın sevdiyi gül, çiçək tipləri, növləri vardır. Bəzi insanlar qızılgülü çox istəyir, bəzi insanlar tülpanı çox istəyir, bəzi insanlar lalələri çox istəyir, bəzi insanlar papatya adlandırılan çobanyastığını çox istəyir. Bir sözlə insanların çiçək sevmə istəyi hər kəsdə fərqlidir. Lakin nə qədər fərqli olsa da gül, çiçək düşmanı belə olan adamların sevdikləri güllər, çiçəklər vardır. Onun üçün mən bildirirəm ki, gülləri, çiçəkləri sevməyən insan yoxdur. Misal üçün qızılgülü götürək. Qızılgül öz gözəl ətri ilə insanı bihuş edir. Eyni zamanda öz görünüşü ilə də insanı valeh edən bir güldür. Həmçinin bu güldən istifadə edilərək mürəbbələr də hazırlanır ki, onların da öz dadı ilə insanlar tərəfindən sevilməsi normaldır. İtburnu bitkisinin də çiçəkləri çox gözəldir, həmçinin qida vasitəsi kimi özündən istifadə edilsə də, çiçəklərindən də mürəbbə hazırlanaraq istifadə edilir.
Hər gülün öz ətri var istifadə etsən əgər, İylə gülün ətrini gör ki gəlir başına nələr. Hər gülün özünə məxsus olan bir ətri var, Şair də vəsf eliyər güllərin haqqında yazar.

Həyatda öz gözəlliyi ilə insanların istifadəsinə verilmiş olan çobanyastığı isə öz müalicəvi əhəmiyyəti ilə yanaşı, onun füsunkar gözəlliyi də insanlar üçün çox önəmlidir. "Sevir, Sevmir" kimi sevgi oyununda da istifadə edilən bu papatyalardan fala baxmaq üçün də istifadə edilir. Hətta "Papatya falı" deyilən fal növü də vardır. Hərçənd ki, insanların fala inanması biraz absurd fikir olsa da, belə bir söz vardır ki, "Fala inanma, falsız da qalma" ).

Gerçəkdən də elədir, fala baxmaq da maraqlı bir hobbidir deyə bilərik. Bəzi insanlar bunu sadəcə olaraq bir hobbi kimi edir və ağlına gələn ilk fikirləri, düşüncələri söyləyərək fala baxırlar.


Posted from my blog with SteemPress : http://steemitaz.com/2018/10/14/gull%c9%99r-cic%c9%99kl%c9%99r-v%c9%99-goz%c9%99llikl%c9%99r/

Sort:  

Congratulations @steemitaz ! You received a 16% upvote from @kryptoniabot & @kryptonia for your task of 1558 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

Coin Marketplace

STEEM 0.35
TRX 0.12
JST 0.040
BTC 70733.96
ETH 3563.16
USDT 1.00
SBD 4.76