Həyatın qanunları!

in #steempress6 years ago

Salam Əziz oxuyucular!


Bugün sizlər üçün həyatın qanunlarından yazacağam. Bəzi qanunlar var ki, onlar yazılmış qanunlardır, bəziləri isə yazılmamış qanunlar siyahısındadır. Həyat öz varlığı ilə bizləri düşündürməkdə və yaşatmaqdadır. Hər insan həyata gəldiyi gündən sanki onun üzərinə qoyulan vəzifələri və yazılan yaşam tərzini yaşamalıdır və etməlidir. Dünyaya gəldiyimiz gündən etibarən hər kəsin özünə məxsus olan bir həyat tərzi formalaşır. İnsan uşaq vaxtlarında seçimini edə bilmir. Həyat isə insanı həmişə seçimlər qarşısında qoyur. İnsan nə qədər doğru seçim etməyi ürəkdən istəsə də, bəzən bunu doğru edənmədiyindən həyatı boyu onun mənfi nəticələri ilə yaşamaq məcburiyyətində qalır. Həyatda var olan dövlətlər və onların var olan qanunları isə insanları uymalı olduqları, yerinə yetirməli olduqları vəzifələrə və yaxşısı budur ki, o qanunlarla birgə hüquqlara malik olurlar. Misal üçün hər bir insanın yaşamaq hüququ vardır, sağlam mühitdə yaşamaq hüququ vardır. Bu mühitin formalaşması da eyni zamanda insanın bilavasitə özündən aslıdır. İnsanın özündən aslıdır ifadəsi əslində sadəcə olaraq bir insandan-səndən, məndən, ondan və ya başqa bir tək nəfərdən ibarət olan anlayışla ifadələnmir, əslində isə bunun başlıca ifadə məğzi bütün cəmiyyəti əhatə edən bir fikirdir. Yəni hər şey insanın özündən aslıdır ifadəsini cəmiyyətdən, yəni insanların toplu olduqları bir vəziyyətdən aslıdır. Bunu hər kəs öz-özünə təklikdə və ya hər kəs və ya qruplar şəklinə edə bilər. Yazılmamış qanunlar çərçivəsində məhz insanların mədəniyyətləri, adət-ənənələri və bu kimiləri formalaşır. İnsanlar şəriyyətdə də bəzən yazılmamış, dildən-dilə gələn qanunlarla idarə olunur. Bunlardan əlavə insanların özləri üçün qoyduqları qanunlar da vardır ki, bunları şifahi və ya yazılmamış özü üçün, özünəməxsus olan qanunlar kimi başa düşmək olar. İnsanın özü üçün hədəflər qoyması- bu mövzu önəmli idi və bəzi paylaşımlarımda da bu haqqda söhbət açmışam, bir də vardır ki, insanın özü üçün qanunlar və çərçivələr qoyması. Bu isə sözün əsl mənasında çox önəmli olan bir faktordur. Qanunlar və qaydalar insanların yerinə yetirdikdə ziyan çəkmiyəcəkləri anlayışlardır. Ziyan çəkmək isə bu qayda və qanunları yerinə yetirmədikdə onları saymadıqda baş verən mənfi təsirlərə qatlanmaq məcburiyyətində qalmaqdır.

Posted from my blog with SteemPress : http://steemitaz.com/2018/10/11/h%c9%99yatin-qanunlari/
Sort:  

Congratulations @steemitaz ! You received a 16% upvote from @kryptoniabot & @kryptonia for your task of 500 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

Coin Marketplace

STEEM 0.30
TRX 0.11
JST 0.033
BTC 64243.42
ETH 3152.93
USDT 1.00
SBD 4.28