Nizam-intizamlı olmaq üçün 6 izahedici yol!

in #steempress6 years ago (edited)

Ekran-Resmi-2018-08-27-16.10.47.png


Həyatda uğur qazanan və xoşbəxt insanların ən önəmli xüsusiyyətlərindən biri nizam-intizam sahibi olmalıdır. Necə bu qədər iradəlisiniz deyə sual verdiyiniz insanlar əslində bizdən çox da fərqli deyillər. Sadəcə doğru düşüncəyə malikdirlər. Doğru düşünmək strategiyaları isə doğru alışqanlıqları həyatımıza gətirər.

1) Sadə yaşamaq lazım! Daha az qərar verin!

Bəli, qərarsızlıq və seçim qarşısında qalmaq burada da qarşımıza çıxır. Sabah yuxudan oyanırıq və bir çox geyimin arasında hansını geyinməyə qərar verə bilmirik. Və yaxud da bir sıra saat və digər aksesuarlar arasında seçim edə bilmirik. Qərar vermək intizamlı davranmağımızın sorumlusu olan frontal lobun vəzifəsidir. Yəni iradənizi və beyninizi daha günə başlamadan yorursunuz. Nə qədər az əşyanız olarsa bu zaman düşünmək də azalar və beyninizin gücü sizə qalar.

2) İradə əzələ kimidir, yorular amma siz gücə saldıqca o daha da güclənər!

Uşaqlığınızdan etibarən bir şeylərə necə səbr edəcəyiniz öyrədilməybsə və siz daha acam demədən önünüzə yeməklər gətirilirsə, hər istədiyiniz anında gerçəkləşirsə və beləliklə özünüzü gücə salmadan, əziyyət çəkmədən böyüyürsünüz. Beləliklə də beyniniz iradəli davranmağa heç alışmır və yaranan vəziyyətlərdən çıxış yolu tapmaq üçün düşünmür. Amma qorxmayın heç bir şey üçün gec deyildir. Əsas olan başlamaqdır. Siz də düşüncələrinizi dəyişdirib inkişaf etdirərək, beyninizi daha bəhərli istifadə edərək günü-gündən daha yaxşı bir nizam-intizamlı insan ola bilərsiniz.

3) Həyatınızda önəmli olan işləri həmişə sabah saatlarında etməyə çalışın!

Günə yeni başlayırsınız, zehniniz təp təzədir və iradəniz bütün beyniniz ilə sizin yanınızda və əmrinizi gözləyir! Sizə ən çətin görünən işlər və önəmli qərarlar üçün bu ideal zamanlardan istifadə edin. Əgər səhər-səhər önəmli, vacib olan işlərinizi yerinə yetirsəniz bunun sevinci ilə hədəfinizə çatdığınız üçün günə gözəl başarılı başlayacaqsınız və o gün sizin üçün çox gözəl keçməlidir düşünərək, bu müsbət enerjini gerçəkdən də gününüzə qata biləcəksiniz.

4) Başlanğıca deyil Nəticəyə diqqət yetirin!

Edə bilməyiniz vacib olan və ya vacib olmayan nə iləsə qarşı-qarşıya gəldiyinizdə, o anki hisslərə qapılmaq yerinə hədəfinizi düşünün, xatırlayın. Misal üçün arıqlamaq istəyirsiniz və yenə sifariş edərkən çətinlik çəkirsiniz. O sırada yeyəcəyiniz yeməklərin və şirniyyatların xəyalını qurmaq yerinə istədiyiniz çəkidə olduğunuz zamankı gözəl vücudunuzu və istədiyiniz paltarların içinə girdiyinizdə daha rahat olacağınızı düşünün və bunu edərsəniz iradə gücünüzə siz belə mətəl qalarsız.

5) Mənim yerimə başqası olsaydı nə edərdi-bunu düşünmək!

Bəzi mövzularda yaxşı olduğunu düşündüyünüz insanların yerində olduğunuzu xəyal edərsiniz (məsələn iclaslarda yaxşı bir danışma sərgiləyən biri) beyniniz kopyalama xüsusiyyəti ilə davranışları təqlid edər. Hər şeyi həyatda kopyalayaraq öyrəndik əslində. Balaca uşaqlar ətrafındakılara baxır və onların etdiklərini edirlər. Mənim də qızım eynən elədir. Kim nə edirsə onu etməyə çalışır, oynamaqdan, tv-yə baxmaqdan tutmuş, həyəti süpürməyə, evi silib-təmizləməyə qədər. Kopyalama hissini mən onda canlı-canlı hiss etdim.

6) Hədəfinizi balaca-balaca hissələrə bölün!

Düşünün ki, bir oyun oynayırsınız və bu oyun 500 bölümdən ibarətdir. Başladığın zaman 500 bölümün hamısını bitirəcəyəm deyə başlamaq olmaz, elə deyil mi? Öncə birinci bölümü keçməyə çalışarıq. O am ikinci hissəni düşünmərik, çünki bütün beynimiz birinci hissəni qutarmağın arxasındadır. Hətta hər bir bölümü ayrı bir həzz ilə oynayarıq. Özümüzə qoymuş olduğumuz hədəflərin də əslində bu oyundan çox fərqi yoxdur. Deyəlim ki, imtahan verəcəksiniz və bunun üçün çox kitablar oxumalısınız. Bunun üçün bütün kitabları oxumalıyam deyib dərdə düşmək yerinə sadəcə bir mövzunu oxuyub ona fokslanmaq işi daha asanlaşdıracaqdır.

Həyat da eynilə belədir. Fərqli heç bir yanı yoxdur. Nizamlı olub, düzgün qərarlar verib, hədəfləri bir-bir qət etdikdən sonra uğurlar bizləri gözləyir.


Posted from my blog with SteemPress : http://steemitaz.com/?p=262

Sort:  

steemauto otomatik upvote oylama sistemine katılın yazılarına otamatik olarak upvote alın. https://steemit.com/tr/@kont82/yazilarina-otomatik-olarak-upvote-almak-istermisiniz

Coin Marketplace

STEEM 0.36
TRX 0.12
JST 0.039
BTC 70112.96
ETH 3549.99
USDT 1.00
SBD 4.71