Özümüzə aid olan bir internet səhfəsini necə qura bilərik? Aid Terminlər (1-ci bölüm)

in #steempress5 years ago

Salam əziz oxuyucular!


Bugün də sizlər üçün internet səhifəsinin yaradılması barədə söhbət edəcəyəm və internet səhifəsinin necə yaradılması? hansı yollarla yaradılması? domain və hosting haqqında məlumat verəcəyəm. İlk öncə internet səhifəsinin nə olduğunu və buradakı terminlər haqqında məlumat verim. Bu 1-ci yazımdı bu haqda. İkinci və digər yazılarım da olacaqdır. Silsilə olaraq dərs şəklində nələrsə öyrətməyə çalışacağam.


İnternet səhifəsi-
Müəyyən proqram dilləri ilə yazılaraq və kodlaşdırılaraq, müvafiq dizayn və stil verilək düzəldilib internet vasitəsi ilə yayımlanan informasiya səhifəsidir.

Domain- İnternet səhifəsinin yayımlanması üçün hər hansısa bir ip adresi üzərindən paylaşılan zaman həmin ünvana internet vasitəsi ilə asanlıqla əlçatması üçün verilən bir virtual addır.

İp(İnternet protokol) adresi- İnternet şəbəkələrini bir-biri ilə bağlayan vasitə və ya protokolların hərəkəti üçün lazım olan şəbəkə sistemidir. İpV4 və İpV6 olmaq üzrə 2 tipdə mövcud olurlar. İpv4 adreslərində 4 hissədən və hərəsi 3 simvoldan ibarət olan rəqəmlərdən ibarət olur. 255.255.255.255 rəqəmlərinə qədər ip adresləri verilə bilir. İpv6 adresləri isə ipv4 adreslərindən fərqli olaraq sadəcə rəqəmlərdən ibarət deyil, həmçinin hərf və rəqəm birləşmələrindən ibarət olur. Bu da protokolun güvənlik və təhlükəsizliyinin qorunmasında, eyni zamanda şəbəkə sisteminin sürətli və təsirsiz olmasında mühüm rol oynayır. Müasir sistemlərdə bu iki ip tipinə də yer verilmişdir. Bir çox kompüter şəbəkə aparatlarında onların MAC adresi ilə yanaşı ipv4 və ipv6 adresləri də yanaşı olaraq istifadə edilir.

Hosting- İnternet səhifəsinin yayımlanması üçün lazım olan məlumat, material və vasitələrin saxlanıldığı, onların təhlükəsiz şəraitdə yayımlanması üçün olan mövcud yaddaş vasitəsidir.

Nameserver- İp adresləri ilə domain adlarını birləşdirən, onların işləmə prinsiplərini əlaqələndirən vasitədir. Hərf və ya rəqəm kombinasiyalarından ibarət ola bilər.

Mac adresi- Hər hansı bir şəbəkə qurğusunun, kompüterin, telefonun, tabletin, serverlərin onların təkrarolunmaz adreslərini göstərən kodlardır. Hər bir avadanlığın özünə aid olan Mac adresi vardır. Bu onun virtual kimliyidir.

Cpanel- İnternet səhifələrinin yaradılması üçün istifadə edilən hostinglərin kontrol edilə bilməsi üçün yaradılan paneldir. Kontrol paneli və ya admin istifadə paneli.

Directadmin- Cpanel kimi hostinglərin idarə olunması üçü istifadə edilən bir paneldir. Linux şəbəkə sisteminə aid olan serverlərdə işləyir.


Posted from my blog with SteemPress : http://steemitaz.com/2018/10/30/ozumuz%c9%99-aid-olan-bir-internet-s%c9%99hf%c9%99sini-nec%c9%99-qura-bil%c9%99rik-aid-terminl%c9%99r-1-ci-bolum/

Coin Marketplace

STEEM 0.31
TRX 0.11
JST 0.033
BTC 64550.89
ETH 3156.32
USDT 1.00
SBD 4.30