Zərərli Vərdişlər

in #steempress6 years ago (edited)


İki vərdiş var ki insanı uçuruma aparır. 1) And içmək və 2) özünü iradəli biri kimi göstərmək.

[Photo Source]() And içmək - xüsusilə ən çox yalançıların əl atdığı metoddur. Ki, ətrafımızdakı insanlarda buna sıx sıx rastlayırıq. Hər iki sözündən biri Allah haqqı, çörək haqqı, bu qənd haqqı, ətağa hətta daha da şişirdərək balalarımın canı üçün deyib and içənlərə də rastlayırıq. Çox and içən insanlardan ya uzaqlaşın ya da üzlərinə qarşı kimsəni inandırmaq məcburiyyətində olmadığını söyləyin, küssə belə qarşı tərəfin özünə olan inamını artırın. Bir digər zərərli vərdiş olan özünü iradəli göstərmək üçün; əgər istəsəm bir günə tərgidərəm, istəsəm heç ora getmərəm, istəsəm lap səhər 7-də də dura bilərəm kimi sözlər sərf edən insanlardır. İradələri zəif olduğu üçün güclərini sərf etdiyi sözlərdən alırlar. Ümumiyyətlə "istəsəm" sözündən istifadə etmək eyni zamanda iradəsinin zəif olduğunu qəbul etmək deməkdir, əgər iradəsi varsa dediyini edər və sözlərin arxasına sığınmaz! Bu baxımdan ətrafımızda olan zərərli vərdişlərdən qurtulmanın ən asan yolu sözünüzdən inciməyən insanlara, dostlara, qohum əqrabanıza bu zərərli vərdişlərdən istifadə etməməyi söyləməyinizdir. Bəlkə, o gün sizdən küsəcək, inciyəcək amma daxilən özünü düzəltdiyində "köhnə kompleksindən və vərdişindən" də qurtulmuş olacaq. Unutmamaq lazımdır ki, insanı güclü edən şey, "zəif tərəflərini bilib onu qəbul edənlərdir" Amma ən güclü insan "zəif tərəflərini bilib, onu düzəldən insandır"  

Posted from my blog with SteemPress : https://valibeyli.000webhostapp.com/2018/08/z%c9%99r%c9%99rli-v%c9%99rdisl%c9%99r
Sort:  

@vasifalibeyli bot-az eladi eshi

Düşünən ama səs verməyən 😊

151 səs hardan gəlib, əxi?

Hamısı qardaşlardı 😂😂😂

əxilərdi)

Coin Marketplace

STEEM 0.32
TRX 0.11
JST 0.034
BTC 66791.24
ETH 3239.69
USDT 1.00
SBD 4.22