Halal maşınlar.

in #tr5 years ago (edited)

Azərbaycanda yerli istehsal deyəndə ağıla ilk olaraq neft və neft məhsulları gəlir. Bəs biz neft-qazdan başqa bir zad istehsal etmirikmi? Kənd təsərrüfatı məhsullarının istehsalını nəzərdə tutmuram, zatən ölməmək üçün kartof, soğan əkirik. "Verin mənim torpağımı, kartof, soğan əkəcəm, ortasını..... Biçəcəm, verin mənim torpağımı."

Bir də sənaye tərəfi var bu işlərin. Maşınqayırma hissəsi. Bir ara Naxçıvanda Çindən detalların gətirməklə NAZ LiFAN avtomobilləri yığırdıq, alıcı tapılmadı payladıq əlillərə. Sonra manat dəyər itirdi, xaricdən detal gətirib burda yığmaq iqtisadi cəhətdən sərfəli olmadı, bağladıq. Hər hansı məhsul olur, olsun. Heç olmasa yarı detalları ölkənin öz daxilində yığılmırsa o yerli istehsal sayılmır. Vaxt ötdü, biz velosiped istehsal etməyə başladıq, "İsmaBikes". Təkcə təkərinə vurulan hava yerli istehsal idi.


Son olaylarda İran ile yaxınlaşdıq, onların maşınlarını burda yığmağa başladıq, yenə alıcı tapmadıq, verdik mollalara. Halal əmtəə nişanlı maşınlar


Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/11/halal-masinlar-2

Coin Marketplace

STEEM 0.33
TRX 0.11
JST 0.034
BTC 66438.74
ETH 3268.32
USDT 1.00
SBD 4.39