Milli-mədəni, mənəvi dəyərlər.

in #tr5 years ago (edited)

Azərbaycan cəmiyyətinə xas olan bir çox adət-ənənələr var ki, biz bunlara milli-mədəni, mənəvi dəyərlər deyirik. Tarixini araşdırsaq görəcəyik ki, zaman-zaman bu baxışlar dəyişib, yeni forma və məzmun alıb.

Böyüyə hörmət etmək- Azərbaycan cəmiyyətində ən çox vurğulanan bir mövzudur. Yaşca kiçik olanlar böyüyə hörmət etməlidirlər. Yazılmamış qanunlardır bunlar. Böyük gələndə ayağa durmaq, ona yer vermək, yanında siqaret çəkməmək. Bu kimi milliləşmiş dəyərlər. Məsələn, görəsən avropada ağsaqqal görəndə onu söyürlər? Maraqlı mövzular var. Bizdə milli dəyərlər hamısı saxtadır, milli-mənəvi dəyərlər əslində puldur. Götürək bizim el şənliklərini, toylarımızı. Əgər toya bir varlı adam gəlirsə ağsaqqal odur, ona tərif edirik, yanında o yana, bu yana keçirik.

Seymur Baycan deyir ki, mənə bir bahalı paltar və bir bahalı maşın verin, sizin dəyərlərin üzərindən o yana, bu yana keçim. Kişi haqlıdır, biz əslində bu tip insanlarıq, cəmiyyətin xəmiri pis yoğrulub. Hərdən suyu bol olur, aşırı olur. Yuyub aparır o milli dediyimiz dəyərlərimizi.

 


image

Bir çox azərbaycanlı milli-mənəvi dəyər dedikdə ağlına mətbəxtimiz, musiqimiz və millətimiz gəlir. Hər kəs bu üç nəsnənin qarşısında dönüb durur. Bu ifadələrdən ən çox danışılanı "dolma bizimdir" mövzusudur. Tarix boyu qarnımızın davasını güdən insanlar olduğumuzu bir daha sübut etmiş oluruq. Atalar sözü də var, qarın qardaşdan qabağadır, irəlidir. Bu kifayət edir bizə qiymət versinlər. Hələ musiqidən söz açmaq istəmirəm. Muğam ilə dünyaya pəncərə açmaq yanlışlıqdır, Afrikanın da bir qəbiləsi var ki, onların yaratdıqları musiqi ilə avropalılar öz musiqilərini sintez edir, möhtəşəm ifalar ortaya çıxır. Bu musiqi ilə dünyaya çıxmaq, bizim müğam milli-mənəvi dəyərimizdir deməyimiz o qədər də uğurlu siyasət deyil. Dolma türk sözüdür və dolma bizim milli yeməyimizdirsə, Novruz fars və ya ərəb sözüdür, onda Novruz bizim milli bayramımız deyilmi? Pas, uduzduq.

Bizim peykimiz var, bax budur milli dəyər :)

 


Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/10/milli-m%c9%99d%c9%99ni-m%c9%99n%c9%99vi-d%c9%99y%c9%99rl%c9%99r

Sort:  

Congratulations! This post has been upvoted from the communal account, @minnowsupport, by khagani from the Minnow Support Project. It's a witness project run by aggroed, ausbitbank, teamsteem, someguy123, neoxian, followbtcnews, and netuoso. The goal is to help Steemit grow by supporting Minnows. Please find us at the Peace, Abundance, and Liberty Network (PALnet) Discord Channel. It's a completely public and open space to all members of the Steemit community who voluntarily choose to be there.

If you would like to delegate to the Minnow Support Project you can do so by clicking on the following links: 50SP, 100SP, 250SP, 500SP, 1000SP, 5000SP.
Be sure to leave at least 50SP undelegated on your account.

Coin Marketplace

STEEM 0.29
TRX 0.11
JST 0.033
BTC 63945.57
ETH 3135.76
USDT 1.00
SBD 4.00