Doğma məktəb, köhnə dərdlər.

in #tr6 years ago
Dərs ili də belə başladı. Görüntü belədi: əllərində gül - çiçək gül balalar məktəbə yollanırlar. Hər yan ağ, qara və qırmızı rəngdədi. Geyimləri və gülləri. Bu görüntüyə eynəkli və eynəksiz müəllim və müəllimələri də əlavə etsək tam bir " salam, doğma məktəb" ovqatını almış oluruq.

Keçək aysberqin görünməyən tərəflərinə. Gedək avqustun axırlarına. Bir aksion filmi izləmək istəyənlər bura yaxın əyləşsin. Bir direktor təsəvvür edin. Təhsil şöbəsinin müdirinin yanında dovşan, müəllimlərinin yanında şir. Dərs bölgüsü gəlib çatıb. Bu direktor bir saat dərsi 3 müəllimə satıb. Ya da bir müəllimin dərs yükünə ortaq başqa məktəbdən müəllim gətirib. Təbii ki, bir miqdar şirinlik müqabilində.
Müəllimlər otağı savaş meydanını xatırladır bu aralar. Hər kəsin dərdi ən azı bir saat artıq dərs almaqdı. Yeri gəlmişkən , bir lətifə yadıma düşdü. Deməli, bir yerdə bir nəfər ölür. El aləm yığılıb bunun dəfninə gəlir. Adamı məzara qoyub üstünü torpaqlamaq istəyirlər. Nə görsələr yaxşıdı, adamın əli çöldə və şəhadət barmağı uzanmış vəziyyətdə. Mat qalırlar. Çox əlləşirlər, o uzanmış şəhadət barmağını qəbirdən içəri sala bilmirlər. Nəhayət, bir başbilən tapıb gətirirlər ki , məsələni çözsün. Başbilən deyir ki, bu adam sağlığında hansı peşənin sahibi idi? Deyirlər, müəllim imiş. Deyir, bunu deyin , işimizi bilək da. Hər müəllimin ən böyük arzusu bircə saat artıq dərs almaqdı. Bu da o şəhadət barmağını uzadıb bircə saat artıq dərs istəyir.
Bir sözlə, bilin ki, müəllim də çörək yeyir, yatır, qonşunun toyuğuna " kiş" deyir və hətta bir saat dərsdən ötrü həmkarının basıb gözünü də çıxarır.
Yazının bu yerində Sabirdən bir şeir yazmasaq eyib olar.
Məktəb, məktəb, nə dilgüşasən, Cənnət, cənnət desəm səzasən. Şadəm, şadəm təfərrücündən, Əlhəq, əlhəq, gözəl binasən!Ətrin, ətrin güli-cinadır, Feyzin, feyzin həyati-candır, Qüncən, qüncən səfayi-vicdan, Nurun, nurun ziyafəşandır!

Tahir, zahir hünərlərin var,
Bahir, zahir səmərlərin var,
Dərya-dərya təməvvücündə
Parlaq-parlaq gühərlərin var!

Dəftər-dəftər xəbərlərin var,
Rəhbər-rəhbər əsərlərin var,
Mişgin-mişgin qələmlərində
Ahu-ahu nəzərlərin var!

Himmət, himmət səninlə ali,
Xaki-və1tən səninlə hali,
Sənsən, sənsən ümum nasin
Nitqi, fikri, dili, məqali!

Gülşən, gülşən lətafətin var,
Rövşən-rövşən səadətin var,
Vazeh-vazeh bəyanlarında
Şirin, şirin hekayətin var!

Olsun, olsun səninlə xoşhal,
Yetsin, yetsin kəmalə ətfal,
Görsün, görsün pəsərlərində,
Sabir-sabir pədərlər iqbal!



Posted from my blog with SteemPress : https://nurengiz.000webhostapp.com/2018/09/dogma-m%c9%99kt%c9%99b-kohn%c9%99-d%c9%99rdl%c9%99r
Sort:  

Congratulations @nurengizbagirova ! You received a 10% upvote from @kryptoniabot & @kryptonia for your task of 2697 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

credit: @oendertuerk

Tebrikler!

Bu yazı Steemit Türkiye discord sunucusunda önerilmiş ve manuel inceleme sonrasında günün yazısı olarak @benyamin ve @steemit-turkey tarafından seçilerek oy kazanmıştır. #tr tagi altında kaliteli içeriklerizi görmekten mutluluk duyarız.


Detaylı bilgi için Steemit Türkiye Discord bağlantısını ziyaret edebilir ve ve #steemit post paylaşım kanalında yazılarınızı paylaşabilirsiniz.

Diqqətinizə görə çox təşəkkür edirəm. Doğrultmağa çalışacam.


Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.

Congratulations! This post has been upvoted from the communal account, @minnowsupport, by nurengizbagirova from the Minnow Support Project. It's a witness project run by aggroed, ausbitbank, teamsteem, someguy123, neoxian, followbtcnews, and netuoso. The goal is to help Steemit grow by supporting Minnows. Please find us at the Peace, Abundance, and Liberty Network (PALnet) Discord Channel. It's a completely public and open space to all members of the Steemit community who voluntarily choose to be there.

If you would like to delegate to the Minnow Support Project you can do so by clicking on the following links: 50SP, 100SP, 250SP, 500SP, 1000SP, 5000SP.
Be sure to leave at least 50SP undelegated on your account.

Coin Marketplace

STEEM 0.35
TRX 0.12
JST 0.040
BTC 70351.33
ETH 3563.43
USDT 1.00
SBD 4.72