Sevginin yeni ünvanı.

in #tr5 years ago (edited)

Sənətimdən dolayı uşaqlarla və gənclərlə çox sıx təmasda oluram. Gözümün qarşısında böyüyürlər, dəyişilirlər. Görkəmləri dəyişilir, düşüncələri dəyişilir, maraqları bir başqa cür olur.

image

Bəzən qəbul eləməyimiz çox çətin olur. Guya indiki uşaqların daha çətin tərbiyə olunduğunu düşünürük. Amma bir az da yaddaşımızda qurcalansaq heç nəyin dəyişmədiyinin fərqinə varırıq. Dəyişən formadır. Hər şey olduğu kimidir. Məsələn, " o vaxtkı" uşaqlar da artıq 13-14 yaşlarında ilk məhəbbətlərini kəşf edirdilər. Düzdü, o vaxt sevgi məktubları kağızlara yazılardı, xəlvətcə çantaya qoyulardı. Ya da bir rəfiqə olardı və ya bir dost. Məktub ötürən rolunu ifa edən. Bu dost ya rəfiqə o zamanlarda da bəzən naxələf çıxardı. Ya məktubun məzmunu dəyişilərdi, ya da doğru ünvanı bulmazdı o məktublar. İndi nə var?

image

İndi internetlə yazışma şəbəkələri var. Artıq dost və ya rəfiqə ikinci plandadı. Amma bu təzə sevgi nağıllarının da bir yekə " cadısı" var. Küpəgirən qarı da deyə bilərsiniz. O cadının adı screenlərdi. Bir öfkə anında , bir duyğulanıb kiməsə ürəyini açanda çox ehtiyatlı olmalısan. Sonra şantaj, xəyanət olayı ilə üzbəüz qalmayasan. Hələ sosial şəbəkələrin yüz fırıldağından baş çıxarmaq var. Küsmə, incimə səbəbləri də başqalaşıb. İnsanlar nəhəng bir virtual girdabın içindədirlər. Uşaqlara qadağan da edə bilmirsən. Çünki özün də bu girdabın içindəsən.

Nəysə, Allah axırımızı xeyir eləsin :)



Posted from my blog with SteemPress : https://nurengiz.000webhostapp.com/2019/01/sevginin-yeni-unvani
Sort:  

Congratulations! This post has been upvoted from the communal account, @minnowsupport, by nurengizbagirova from the Minnow Support Project. It's a witness project run by aggroed, ausbitbank, teamsteem, someguy123, neoxian, followbtcnews, and netuoso. The goal is to help Steemit grow by supporting Minnows. Please find us at the Peace, Abundance, and Liberty Network (PALnet) Discord Channel. It's a completely public and open space to all members of the Steemit community who voluntarily choose to be there.

If you would like to delegate to the Minnow Support Project you can do so by clicking on the following links: 50SP, 100SP, 250SP, 500SP, 1000SP, 5000SP.
Be sure to leave at least 50SP undelegated on your account.

Coin Marketplace

STEEM 0.28
TRX 0.11
JST 0.034
BTC 66540.93
ETH 3186.50
USDT 1.00
SBD 4.11