Tanrı onları bizə möhtac yaratdı.

in #tr5 years ago (edited)

Tanrı onları yaratdı. Özü də onları insana möhtac yaratdı. Bəs insan nə etdi? İnsan bəlkə də təbiətin başına gələn ən qorxulu məxluqdu. Əlbəttə, hamıya aid deyil.Amma insanlar çox qəddarlaşıb. Bir şəkil gördüm. Braziliyada bir delfin balasını ələ keçirən insanlar onunla selfi etmək üçün saatlarla havada saxlamışdılar. Nəfəssiz qalan delfinin öldüyünü görüb onu sahildəcə buraxıb getmişdilər. Bütün canlıların qorxulu röyasıdı insan. Bir insanın necə biri olduğunu bilmək istəyirsinizsə onun heyvanlara münasibətinə diqqət edin. Bu pişik qızımındı.
IMG-20180914-WA0009.jpg Onu kimsə bizim küçəyə azdırmışdı. Onu evə gətirmək üçün saatlarla ağladı. Nənəmiz pişik sevmir. Uzun sürən anlaşmalardan sonra nənəni yola gətirdi. Gecə ilə gedib küçədən pişiyi tapıb gətirdik. Belə sevimli bir məxluq oldu.
Bu isə bacımın buzovudu. IMG-20190109-WA0028.jpg O qədər insansevərdi ki, kim yaxınlaşıb sığallasa qaçmır. Məsum baxışları adamın iliyinə işləyir. Bilmirəm, bəlkə də yediyimiz ətin bir vaxtlar hansısa bir toyuq olduğunu ya bir öküz, qoyun olduğunu, onun da bir canlı olduğunu düşünsək bəlkə də ət yeməkdən imtina edərdik. Bütün canlılar yaşama haqqına sahibdirlər. Mən də vegeterian deyiləm. Vegeterian olma gücü tapmamışam özümdə. Amma heç olmasa ətini yemədiyimiz heyvanlara, quşlara qayğı ilə yanaşmaq hamımızın borcumuzdu. Bu gözəlliyi necə sevməyəsən axı😊IMG-20190320-WA0028.jpg

Sort:  

Pişiklər ən sevdiyim heyvanlardı, məndə buna bənzər yazı paylaşacam. Amma, bu cür yaraşıqlı buzov olmayacaq)).
Məndə kiçik vaxtlarımda Gülaygil kimi olmuşam, məktəbdən gələndə yoldakı pişikləri yığıb gətirərdim 😅


Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.
@c-squared runs a community witness. Please consider using one of your witness votes on us here

Coin Marketplace

STEEM 0.25
TRX 0.11
JST 0.032
BTC 61830.08
ETH 2986.99
USDT 1.00
SBD 3.73