Bizim evin halları.

in #tr5 years ago

Bizim tərəflərdə belə bir söz var ki, "hər ananın mütləq bir qız övladı olmalıdır". Bu ifadə tam olaraq atalara qarşı haqsızlıqdır. İndi mən də deyirəm ki, hər atanın mütləq iki oğlu olmalıdır. Bir olsa evin səs-küyü az ola bilər, mütləq ikisi olmalı.

pp.jpg

Keçən ay işdən məzuniyyət götürmüşdüm, tam olaraq bir ayı evdə keçirməli oldum. İndi sizlər düşünün mənim evdəki bir aylıq "istirahətimi".
Nənəmin bir sözü vardı, deyirdi ki, balaca uşaq çox yaxşı şeydir, amma qonşuda ola, gedib oxşayıb, oynadıb, əzizləyib gələsən.

Son zamanlar uşaqların ən maraqlı anlarını kameranın yaddaşına köçürmək qərarına gəlmişəm. Ondan sonra da Youtube kanalıma yükləyirəm.

Mənim uşaqlığımdan vur-tut iki ya üç fotoşəkil qalıb. İndiki uşaqlar daha şanslıdırlar, demək olar ki, bütün xatirələri qalacaq, bilmirəm, gələcəkdə bu yaxşı hal olar ya olmaz, amma geriyə qalan nə varsa hər biri bir xatirədir.


video

Məsələn, bu videoda bizim Əlini yuxu bişirir. Gələcəkdə, böyüyəndə videonu görəndə hansı təpkini verəcək mənə çox maraqlıdır.
Sort:  

Allah saxlasın 😍 gül balalarınızı

Çox sağ ol, təşəkkürlər.

Posted using Partiko Android


Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.
@c-squared runs a community witness. Please consider using one of your witness votes on us here

Təşəkkür edirəm, var olun.

Coin Marketplace

STEEM 0.26
TRX 0.11
JST 0.033
BTC 64107.21
ETH 3073.84
USDT 1.00
SBD 3.88