Ölüm evinə qədər oxumaq.

in #tr5 years ago (edited)

Bizim məktəblərdə Lenindən qalma köhnə sloqanımız vardı, "oxumaq, oxumaq, yenə də oxumaq". Bu sloqanın son "q" hərfini dələduz uşaqlar silərək daha müasir formaya salmışdılar, "oxuma, oxuma, yenə də oxuma".

address-book-2152426_960_720.jpg
photo

Bir atalar sözümüz də var, "çox oxuyan deyil, çox gəzən çox bilər". Gecə-gündüz kitab oxumağın bir faydası olmadığının fərqinə varmış olmalısınız, bu arada "nə oxuyuram, nə haqda oxuyuram, bu oxuduqlarımızın gerçək həyatda bir faydası olacaqmı" deyə bir az düşünmək lazımdır. Yoxsa sadəcə kitab oxumaq vərdişi yaratmaqdan başqa bir şey olmaz. Bədii ədəbiyyat oxumaq daha çox söz bazasının yaranmasına səbəb olar, insan fikirlərini daha gözəl ifadə edər. Sözüm onda deyil. Yoxsa gecə gündüz dedektiv romanlar oxumaq səni gizli ajans etməz. Burdan Azərbaycan oxucularının sevimlisi olan Çingiz Abdullayevə və Elxan Elatlıya "qucaq dolusu salamlar". Bir də gənc qızların sevimlisi olan Qaraqan. Son zamanlar bizim ədəbiyyat oxucuları dəbə görə kitab oxuyur, sırf kənərdan kitab oxuyan biri kimi görsənə bilmək üçün əlinə Qaraqanın "A" romanını və "Bir milyon dollarım olsaydı" kitablarını metrolarda qızların gözünə soxub "qız tutan" gənclərdən danışmaq bir ayrı yazının mövzusudur.
Dünyanın məhşur şirkətlərinin işə götürənlərinin işə qəbul olmaq istəyənlərdən heç bir ali təhsil tələb etməməsi keçənlərdə diqqətimi cəlb etdi. Bir kimsənin hansı universiteti qırmızı diplomla bitirməsinin faydalı iş əmsalına heç bir müsbət təsiri olmadığını sonunda ağıllı insanlar dərk etdi. "Bəxt üzüyü"də belə bir səhnə var, deyir, sən mənim işimə bax da, ağzımı niyə iyləyirsən"
İnsanlar daha faydalı olmaq üçün görə bildiyi işi ortaya qoymalıdır, bizdə qonşunun oğlu universitetdə oxuyur deyə, mal-qaranı satıb uşağı harasa "dürtüştürmək" onun həyatının dörd ilinin boşa getməsinin səbəbkarı olmaqdır.
Yeni bir düzənə, yeni bir tədris formuluna ehtiyacımız var. Həyata insan hazırlamaq lazımdır. İnsana qoyunan sərmayə heç zaman itməz, ən böyük sərmayədir.

keyboard-453795_960_720.jpg
photo

İndiki gənclər daha şanslıdırlar, internet şəbəkəsinin bütün dünyanı insanın əlinin altında etməsinə şərait yaradır, bundan yararlanmamaq ağılsızlıqdır. Lazım olan bilgilərdən insan bir "enter" qədər məsafə ayırır.
İzləyib, oxuduğunuz üçün sonsuz təşəkkürlər. @revan746

Sort:  

Şimdiki gençler şanslı mı değil mi, muamma, şöyle ki internet ortamı her istediğinizde size doğruyu sunacak diye bir garantisi yok ve dahası insanlar inandıkları yanlışlara o kadar sahipleniyor ki, gerçeğe bir daha dönemeyecekleri kadar uzaklaşıyorlar...

Bilgileri daha kolay bulmak acısından söyledim, günlerle kitapxanalarda araştırmaya gerek yoktur.

Nə danışırsan? Mendeleyev - Klayperon tənliyini və Pifaqor teoremini bilmirsən deyə heç bir şey yolunda getmir e:)

Siz də riyaziyyat müəlliminə deyirdiz " mənim mağazadan 1 kq pesok almağımın kosinusu bilməyimə dəxli yoxdur"?


Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.
@c-squared runs a community witness. Please consider using one of your witness votes on us here

Təşəkkürlər.

Lazım olan bilgilərdən insan bir "enter" qədər məsafə ayırır.

bilgiye bir tuş kadar yakınız ama birbirimizden fersah fersah uzak..
teşekkürler, ben dedektifli romanları çok sevmeme rağmen şu kısımda güldüm:)

gecə gündüz dedektiv romanlar oxumaq səni gizli ajans etməz

Congratulations @revan746 ! You received upvote from @kryptoniabot & @kryptonia for your task of 100 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

Coin Marketplace

STEEM 0.35
TRX 0.12
JST 0.040
BTC 70597.89
ETH 3559.60
USDT 1.00
SBD 4.77