Quzuqarnı göbələyisteemCreated with Sketch.

in #tr5 years ago

El arasında "quzuqarnı" adlanan göbələk , mart və aprel aylarında meşə və dağlarda yetişir.
WhatsApp Image 2019-04-07 at 19.12.26.jpeg
https://images.app.goo.gl/UFr1Y2PEgxsA2TmS9
Yaz yağışı və ondan sonra çıxan günəş nəticəsində torpaq qızır və quzuqarnı torpaqdan çıxır.


El deyiminə görə quzuqarnı böyümür, bir dəfəyə çıxan kökündən açılan papağı eləcə də qalır. Amma, bunun mümkün olmadığını you tubedə izlədiyim videolardan gördüm. Əsasən yarpaq çürüntüsü olan ərazilərdə həmçinin müəyyən ağaclar varki yalnız onların olduğu yerlərdə yetişir. Qovaq, quvanq, alma, cağan və palıd ağacları olan ərazilər quzuqarnı bitən yerlərdəndir. Quzuqarnı həmçinin qəbiristanlıq və pir olan ərazilərdə daha çox tapılır ki, onlarda biraz şüphələr olur. Yəni hər hansı xəstəlikdən ölmüş insanlar vardırki , onun qəbri olan yerdən çıxan quzuqarnı torpaqda olan həmin xəstəliyin daşıyıcısı ola bilir. Buna görə də yediyimiz istənilən meyvə, tərəvəz və göbələyin yetişdiyi ərazilərə diqqət olunmalıdır.
WhatsApp Image 2019-04-08 at 00.13.15.jpeg
https://images.app.goo.gl/y3xsK4hgpWaCVFFq6
Qiyməti quzu ətindən baha olan quzuqarnı yol kənarlarında və kiçik bazarlarda 1 kiloqramı 10-30 manat arasında dəyişir. Qiymətinin baha olmasına səbəb çox nadirən tapılmasıdır.
WhatsApp Image 2019-04-08 at 00.16.29.jpeg
Maraqlı növləri və rəngləri də var : tülküqulağı, papaqlı, qara, boz, sarı və s.
Hazırki aprel ayı quzuqarnı sezonu olduğu üçün bu yazını sizlərə paylaşmaq qərarına gəldim.
Əgər ilk dəfə quzuqarnı ilə bu yazıdan sonra tanış oldunuzsa , alıb yeməyi də məsləhət görürəm.
Oxuyub fikir bildirsəniz sevinərəm...

Sort:  

Evet ilk defa gördüm bu göbeleği. Türkiye' de pek yetişmiyor sanırım. Tadını da merak ettim açıkçası ama burada satılmıyor maalesef.:)
Size afiyet olsun..

Ben google de kuzu göbeği diye arama yapdım ve hatta türkiyeden Avropa sofralrına da gönderiliyorumuş.. Teşekkür ederim 🤗

O zaman Kayseri'de yok. Ya da ben görmedim. Benim de bir google araması yapmam lazım.:)

)))))Tamam ,nasıl isterseniz. Umarım aradığınız sonuçu bulursuz....

Öldük day bunu görüb:))

Şəklini yox özünü görün 😉

Daha önce sanırım hiç yemedim, tam türkçe karşılığı sanırım " Kuzu göbeği mantarı" imiş. Merak ettim doğrusu. Nadir bıulunuyormuş anladığım kadarıyla. Bulup yemek istedim

Evet alıp bi tadına bakın bence. Yumurta ile iyi gidiyor 😋


Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.
@c-squared runs a community witness. Please consider using one of your witness votes on us here

Coin Marketplace

STEEM 0.28
TRX 0.11
JST 0.034
BTC 66038.71
ETH 3178.89
USDT 1.00
SBD 4.05