Müasir Cırtdanın Nağılı! (2-ci hissə)

in #az6 years ago

Salam, əziz oxuyucular!


Cırtdan öz mədəniyyəti ilə hər bir insanın hörmətini, qəlbini qazanan biri olaraq özü də özü ilə fəxr edən biri idi. Buna haqqı var idi. Çünki o gerçəkdən buna layiq idi. Uzun illər keçir, zamanlar ötür, qarğalar belə köç edir, quşlar oxuyur. Beləliklə, zamanlar, dövrlər, bir-birini təqib edərək ötüb gedir. Beləliklə Cırtdan balamız böyüyür. Artıq orta məktəbin ikinci mərhələsinə qədəm qoyur. Birinci mərhələdə olduğu kimi o yenə də yaxşı oxumağa davam edir. Dərslərini vaxtı vaxtında yerinə yetirir, qəşəy oxuyur və əla qiymətlər alırdı.Bunu görən müəllimləri də onu çox istəyir və sevimlisin çevrilmişdi bütün məktəbin. Artıq Cırtdan yarışmalara gedir, qalib gəlir və müəllimləri onu həmişə tərifləyirdilər. Hətta o getdiyi bir yarışmaya gec çatmışdı, yolda tıxac vardı deyə. Yarışmann yarısından sonra gedib çatsa da o yarışmanı da birinciliklə başa vurmuşdu. Buna görə o sevimləyə layiq bir şagird, sevilməyə layiq bir övlad idi. Dost, tanışları, məktəb yoldaşları da onu bu biliyinə görə dəstəkləyir və çox istəyirdilər. Bunların hamısı onu bir insan kimi də formalaşmasında mühüm addım idi. Artıq o qərar verə bilir, problem həll edə bilir.Bu bacarığına görə valideynləri də ondan məsləhət alırdılar. Aldıqları məsləhətlərə, öz uşaqlarına güvəndikləri qədər güvənirdilər. Nəticələri isə həmişə müsbət olurdu. Bunun üçün də ona güvənməkdə və ondan məsləhət almağa davam edirdilər. Hətta o müəllimlərinə də öz məsləhətlərini verir və məktəbdəki idarəetmə ilə əlaqədar işlərin də bir çoxunu o edirdi. Psixoloji baxımdan böyük bir insan beyni olan bu uşaq bu və digər müsbət xüsusiyyətlərinə görə irəli çəkilməyə layiq olduğunu bu bacarıqları ilə sübut etmişdi. Bu bacarıqlar onda necə vardı və niyə bu qədər bacarıqlı idi, onun dostları, yoldaşları ilə bərabər müəllimləri, qonşuları və hətta ailəsini belə düşündürürdü. Lakin buna veriləcək sadə bir cavab var idi ki, o hərkəsdən daha çox oxuyurdu və sadəcə dərsləri ilə məşğul olmur və digər kitablardan da biliklər almağa tənbəllik etmirdi. Daha çox oxumağın onun inkişafına əla təsir edəcəyini hər kəsdən yaxşı bilirdi...

Davamı 3-cü hissədə...


Posted from my blog with SteemPress : https://sizinblog.000webhostapp.com/2018/10/07/muasir-cirtdanin-nagili-2-ci-hiss%c9%99/

Sort:  

Congratulations @sizinblog ! You received a 11% upvote from @kryptoniabot & @kryptonia for your task of 502 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

Coin Marketplace

STEEM 0.28
TRX 0.13
JST 0.032
BTC 60725.43
ETH 2900.91
USDT 1.00
SBD 3.59