Əshabi-Kəf.

in #az6 years ago

20180703_100550.jpg

Əshabi-Kəf dağı haqda çox eşitmişdim və oranı görməyi arzu edirdim. İlk dəfə keçən il orda oldum və bu yerin möhtəşəmliyi məni valeh etdi.
Əshabi-Kəfə çıxarkən bir-birindən uca və müxtəlif formalı dağlar yan-yana düzülüb gələn qonaqları salamlayır. Dağların arası ilə üzü yuxarı burulan dəmir pilləkənlər insanları ən uca zirvəyə aparır.

20180703_100630.jpg

Yuxarıda iri bir kahaya daxil olursan, başının üstündəki qayalar qupquru olsa da, ordan ara-sıra su damcıları damcılayır.
İnsanlar həmin su damcılarına görə bu uzunluqda yolu qət edib zirvəyə çıxırlar. Belə bir inanc var ki, kimin üzərinə su damlasa, onun arzusu çin olar, bir sözlə suyun damlaması xeyir əlamətdir.
Amma məncə su hamının üzərinə damlayır, Əshabi-Kəf heç kimi ümidsiz yola salmır.

20180703_104637.jpg
Pilləkənləri qalxdıqca hər addımbaşı samovar qoyulub və qonaqlara kəklikotulu çay verilir. Burdakı çayın yerini heç nə
verməz.
Dağa tərəf gedən insanlara arasında yaşlı, körpə, xəstə insanlar görmək olar. Hər kəs istək və arzularının çin olacağı ümidilə asta-asta damcı mağarasına doğru irəliləyir.
Dağlar bizi indi də yola salır, yenə də görüşmək ümidi ilə ayrılırıq.
20180703_103433.jpg

Sort:  

Ne güzel resimler .
Ashabı keyfi görmek her isteyene nasip olur inşallah 😃

İnşaallah, isteyen her kese nasip olsun.

Yine güzel bir paylaşım olmuş.ellerine sağlık:)

Teşekkür ederim. Uzun zamandır Steemite giremiyordum, tatilde olduğum için. Nihayet bu gün yaza bildim. Yazda devamlı yazmak zor oluyor bir az.


Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.

Teşekkür ederim.

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.034
BTC 64038.60
ETH 3148.89
USDT 1.00
SBD 3.97