Bayraq Muzeyindən bayraqla bağlı olmayan ilk fotolar :)

Dünən və bu gün rayondakı Bayraq Muzeyinə getmişdik. Hansı ki elə bir yerdir ki, şəkil çəkmədən geri dönmək günah olardı. Bu günaha batmamaq üçün muzeydən içəri girər-girməz çıxardım soyuq silahı(telefonu), başladım, şəkillər çəkməyə.

Muzeydəki bayraqlara baxmaq bir qırağa qalıb şəkilləri çəkirəm mən. Nə varsa, şəkillərini çəkdim, dincəldim. Ardınca keçdim, özüm də eksponatlara baxmağa.

IMG_20211104_111611.jpg

Misalçün, ilk diqqətimi çəkən şeylərdən biri muzeyin qapısının düz girəcəyinə qoyulmuş bu qədimi pullarımız oldu. Azərbaycanın qədim pullarıdır hamısı. Qəpikləri deyə bilmərəm, kağız pulların konkret ilini bilmək olurdu.

Ən maraqlısı sol tərəfdə yuxarıdakı o 2 böyük, kağız pullar idi. Birinin üzərində Rusiya imperatriçası Yekatrinanın, digərinin üzərində isə Rusiya imperatoru Aleksandrın şəkilləri var idi. O boyda pulu necə gəzdiriblər, orası da ayrı bir maraqlıdır. :)

IMG_20211104_111541.jpg

IMG_20211104_111622.jpg

Ardınca yuxarıdakı mənasız görünən şəkilləri çəkdim. Hər nə qədər maraqsız görünsə də, maraqlı idi. Misal, Naxçıvan Muxtar Respublikasının Sovet Sosialist Respublikaları İttifaqı mövcud olan vaxtki konstitusiyası da burada idi.

Denən zalım oğlu, o boyda adı elə SSRİ deyə yaz da, niyə o qədər uzadırsan ki. Nə edək, belə də etməsən, post yazmaq olmur. :D

Ardınca aşağıdakı şəkilləri çəkdim. Hamısı respublikamıza xas olan dövlət atributlarıdır. Bütün günü bu atributlar haqqında nələrsə eşidirik televizordan, xüsusilə, AzTV sayəsində bütün ordenləri tanıyırıq. Adama nə qədər "Şərəf Ordeni" verilər, a kişi. :)

IMG_20211104_111603.jpg

IMG_20211104_111628.jpg

IMG_20211104_111636.jpg

Bunlar hələ Bayraq Muzeyi kimi bir yerdə bayrağa aid olmayan şəkillər idi. Hansı ki maraqlı gəlmişdi. Növbəti postumda, hətta postlarımda Bayraq Muzeyindəki fotoların hamısından paylaşacam, çox maraqlı fotolar var əlimdə.

Misal, sabah və birisigün evdəyəm, çalışacam ki, maraqlı şəkillərimdən paylaşım sizlər üçün. Oxuduğunuz üçün hər birinizə təşəkkürlər! :)

Coin Marketplace

STEEM 0.28
TRX 0.12
JST 0.033
BTC 69471.12
ETH 3758.35
USDT 1.00
SBD 3.83