İngilis dili öyrənmək istəyənlər üçün ən yaxşı qrammatika kitabı...

İngilis dili öyrənmək istəyənlər, sizləri dünyanın ən çox satan ingilis dili qrammatika kitabı ilə tanış edirəm: Grammar In Use by Raymond Murphy.

Raymond Murphy, və ya bizim dildə desək, Raymond Mörfi tərəfindən yazılan bu kitab ingilis dilini öyrənmək istəyənlər üçün ən sadə və mükəmməl qaynaqlardan birincisi hesab olunur desəm, yanılmaram. Çünki elədir. Əgər siz də ingilis dilini öyrənmək istəyirsinizsə, mütləq, qeyd-şərtsiz bu kitabı sizlərə tövsiyyə edirəm.

IMG_20211224_213605_1.jpg

Kitabın qiyməti 4-6 manat arasındadır. Demək olar, istənilən kitabxanadan tapa bilərsiniz. Hətta rayonlarda belə. Mənə isə bu kitabı müəllimim abituriyent vaxtı hədiyyə edib, düz 2014-cü ilin 30 sentyabr günündə, məşğələyə ilk başladığım vaxt.

Bu vaxta qədər kitabı ən aşağısı 7 dəfə bitirmişəm. Hər dəfəsində də çox zövq almışam. Başlanğıc səviyyə üçün mükəmməl kitabdır. Bunun iki versiyası var, birincisi budur və başlanğıc səviyyələr üçündür. İkincisi isə, orta və üst səviyyələr üçündür, ki çox çətindir.

IMG_20211224_213645_1.jpg

Kitab unitlər, yəni dərslər, vahidlər şəklindədir. Ümumilikdə 114 unit var. Deməli, yuxarıdakı şəkildə gördüyünüz kimi, sol tərəfdə qrammatika dərsi, sağ tərəfdə isə tapşırıqlar var. Yəni, bu şəkildə düz 114 dərs var, unit var.

114 dərsin hər birin yetərincə yaxşı səviyyədə bitirən birisi gündəlik rahatlıqla ingiliscə danışa bilər. Üstəlik, kitabın diski də var, hansı ki oxuduqlarınız bir də eşidə bilərsiniz.

IMG_20211224_213618_1.jpg

Şiddətlə tövsiyyə etdiyim kitabdır. Yeni ilə bu kitabl əldə edərək girin və hədəfiniz ortasına rahat ingiliscə danışmaq olsun. Mümkündür. Sadəcə iradə və disiplin lazımdır. Bir də dili nə üçün öyrənməlisiniz, mütləq özünüzə bir səbə yaradın. :)

Sort:  
 2 years ago 

Gözəl məlumatdır.Mörfini hələ səhv etmirəmsə 2002-ci illərdən eşitmişəm. İngilis dilinə meylli sinif yoldaşlarımıza Müəlliməmiz öyrənəcəyi , hazırlıq vəsaitini Mörfi və Qalçnski (bu ad belə yadımda qalıb) falan məsləhətlərindən eşitmişdim. Mörfi deyəndə - MORFİ fikirləşirdim😉😂 Amma O vaxtlar bu kitablar baha olub + diskli kitablar biraz da samballılığı artırır...Bu da əlavə qiymət deməkdir.👍👍👍

Coin Marketplace

STEEM 0.27
TRX 0.11
JST 0.031
BTC 67065.15
ETH 3680.80
USDT 1.00
SBD 3.65