İşdən sonra parkda gəzinti || Möhtəşəm payız xəzanı

Salamlar hamıya. Bu bloqumda bir az işdən sonrakı fəaliyyətlərimdən biri haqqında danışacam.

Deməli, bizim işimiz saat 10 civarı başlayır, 16-ya qədər davam edir. İşdə olduğum bütün bu müddət ərzində işlərim ancaq komputer, daha dəqiqi ekranlarla bağlı olduğu üçün istər beynim, istərsə də gözüm yorulur. Bu yorğunluğu çıxarmaq üçün də müxtəlif fəaliyyətlər edirəm. Misal, dostlarımla görüşüb 1-2 saat söhbətdən tutun da, bu gün danışacağım parkda gəzməyə qədər bir çox fəaliyyətlə məşğul oluram.

IMG_20211201_170357.jpg

Dünən isə parkda gəzməyə çıxmışdım. Deməli, çox yaxın birisi ilə işdən çıxıb nə edək deyə düşünəcəkdik ki, parkı görüb özümüzü parka atdıq. Bəxtimdən işimə getmək üçün düz parkın içindən keçirəm, hər tərəf yaşıllıq, təmiz havadır.

Üstəlik havanın da gözəl keçməsi super əhvalımı açdı. Gün batımını parkdan canlı izləyib dağıldıq evimizə. :)

IMG_20211201_170438.jpg

Payız vaxtı ağaclıqlarda gəzməyin ən gözəl tərəfi heç şübhəsiz yarpaqların xışıltısıdır.Qarda yeriyərkən çıxan xışıltıdan daha rahatladıcı bir xışıltıdır bu, həqiqətən. Parkı deyə bilmərəm, bizim bağda yarpaqların arasında gəzməklə yarpağın dadını istənilən şəkildə çıxarmaq olar.

Parkdakı beyon səthə görə yarpağın üzərinə tullanmaq olmur, amma bağda torpağın üzərinə, yarpağın üzərinə sərilməyin bir başqa ləzzəti var. Payızın ən sevdiyim tərəfi də məhz budur.

IMG_20211201_170444.jpg

IMG_20211201_170642.jpg

Parkda gəzərkən daşların üst-üstə oturması da lazımdır. Misal, yarpağımız vardı, yanımda məni başa düşən birisi vardı, gün batımı vardı, bircə çatışmayan şey insanların olmaması idi ki, gəzintimizin sonuna yaxın parka sükut çökdü.

Həqiqətən, dünənki gəzintidə necəsə hər şey yerinə oturmuş şəkildə idi. Ən sonda tam da "piyada bu qədər yolu necə gedəcəm" deyə düşünərkən iş yoldaşımın qardaşının maşını düşdü, onunla gəldim yolumu.

Hər birinizə ürəyinizcə istirahətlər! :)

Sort:  

Sən də kəndçi olub getdin.

Güya şəhərli idim axı))

Coin Marketplace

STEEM 0.27
TRX 0.11
JST 0.031
BTC 67320.55
ETH 3709.85
USDT 1.00
SBD 3.78