Muzey gəzintimizdən maraqlı fotolar 2 || 19-cu əsrdə Gerblərimiz

Day muzey gəzintimizdən danışmaqdan yoruldum, siz mənim yazılarımı oxumaqdan yorulmadız. :D Nə edək, əkmək parası, nə gördüm, çəkirəm ki, bəlkə, kurator əmi gəlib səs verdi. Bu vaxta qədər heç vaxt kuratordan səs almamışam, bu yaxınlarda gözünə girmək üçün qeyri-adi bir yenilik edəcəm, görüm nə olur.

Kuratordan səs almaq üçün hər şeyi etmişdim, indi də keçmişəm #club5050 tağını postlarımda qeyd etməyə. Hələ də nəticə yoxdur. Qardaş, nədir bu kuratorun məqsədi, nə əsasda səs verir bilmirəm. Bəlkə də, onun kriteriyalarına uyğun deyilik. Nəsə, heç olmasa, booming-imizi verir. :)

IMG_20211104_112019.jpg

Bu yuxarıdakı şəkildə gördüyünüz kimi 19-cu əsrdə mövcud olmuş iki xanlığımızın: Lənkəran və Quba xanlıqlarının gerbləri təsvir olunub. Bayraq Muzeyinə gedərəkən ən çox diqqətimi çəkən şeylərdən biri məhz bu gerblər idi. Ümumiyyətlə, Bayraq bir qırağa, Gerb anlayışı həmişə mənə maraqlı gəlib.

Bu arada, bu gerb söhbətini araşdırmaq elə indicə ağlıma gəldi. Mütləq bu gerbin köklərin araşdıracam. Böyük ehtimal eradan əvvələ gedir gerbin kökləri. Azərbaycanın gerbinin nə spesifik xüsusiyyətləri var ki, ölkəmizi əks etdirir.

IMG_20211104_112011.jpg

Yuxarıdakı iki gerb isə 19-cu əsr Bakı və Şamaxı xanlıqlarının gerbləridir. Deyirəm, gerblərə baxanda üzərindəki təsvirlərdən maraqlı mənalar çıxarmaq olur ha. Misal, demək olar, əksər gerblərdə taxıl, buğda təsvirləri var. Bu da təbii ki, bolluq və bərəkəti simvolizə edən bir özəllikdir.

Bir də fikir verin, Lənkəran, Quba və Şamaxı xanlıqlarının gerblərində heyvan təsviri də var. Bu heyvan hansı heyvandır, bilmirəm, amma şəxsən mən gözləyərdim ki, burda Şir təsviri olsun. Lakin gördüyüm qədər, bu heyvan nəsə itə, leoparda oxşayan bir heyvandır. Maraqlıdır, niyə bu heyvan...

IMG_20211104_112038.jpg

Yuxarıdakı gerblər isə gördüyünüz kimi, Nuxa və Zaqatalanın gerbləridir. Nuxa bildiyiniz kimi, Şəkidir, daha doğrusu, Şəkinin köhnə adıdır. Zaqatalanın gerbi isə yuxardıdakı digər bir çox gerb kimi it təsvirini özündə əks etdirir.

Ümumiyyətlə, fikir, verin gerblərin hamısın strukturu, demək olar, eynidir: 3 hissəyə bölünüblər və bir çox təsvirlər, eynidir. Deməli, bu xanlıqları birləşdirən bir dəyər var imiş, amma birləşib bir güc ola bilməyiblər.

IMG_20211104_112049.jpg

Bu gerblərdən biri Gəncənin, digəri isə adı yox idi deyə, adını bilmədiyim bir bölgəmizin gerbidir. Gəncə bir qırağa, o adı qeyd olunmayan gerbimiz böyük ehtimal hardasa şimal-şərq rayonlarımızdan birinin gerbinə oxşayır. Misal, Dəvəçi, ya Xaçmaz.

Üzərində dəvə olması, dəvə ilə məşhur olmasını, o gəmi lövbəri isə dənizkənarı bir bölgəmiz olmasın göstərir. :)

IMG_20211104_112043.jpg

Yuxarıdakı iki gerb isə üzərindəki təsvirlərlə ən bilinir, ən təxmin edilə bilir olanlardır, yəqin. Naxçıvanın gerbindəki gəmi Nuhla bağlı, Şuşanın gerbində olan at təsviri isə o məşhur Qarabağ Atları ilə bağlıdır, təbii ki.

Bayraq Muzeyində olan gerblər bunlar idi. Könül istərdi ki, bütün xalıqlarımızın bayraqları, gerbləri Muzeydə olsun, mən də bolca şəkil çəkim, bolca öyrənim, amma nə edək ki, kifayətlənməliyik bunlarla. :)

Ümid edirəm, maraqlı və bir şey öyrənəcəyiniz post oldu. Oxuduğunuz üçün təşəkkürlər! :)

Sort:  
 3 years ago 

Çoz gözəl. Amma, yanlışlıqlar var. Çünki Lənkəran xanlığı olmayıb. Talış xanlığı olub. İlk paytaxtı da Astara idi. Sonuncu mərkəzi Lənkəran oldu. Çünki məlum muqavilələrdə Talış xanlığının yarısı qaldı İranda. Yarısı Rusiya inperiyasına ilhaq edildi. İkinci yanlışlıq Şamaxıdır. Şamaxı xanlığı olmayıb, Şirvan xanlığı olub . Çox təəssüf ki, saxtakarlıq çox edilir. Amma biz erməniləri qınayırıq saxtakarlıqda. Bunları məlumat üçün yazdım.

Bura ictimai yer olmasaydı deyərdim kurator hansı prinsiplərlə səs verir)

Coin Marketplace

STEEM 0.28
TRX 0.12
JST 0.033
BTC 69471.12
ETH 3758.35
USDT 1.00
SBD 3.83