Not tutmaq faydalımıdır? || Not Dəftərlərim

Çox uzun zamandır ki, not dəftəri alımmı-almayımmı deyə tərəddüd edirim. Not dəftəri almayıb online proqramlar sınayırdım ki, bəlkə dövrə uyğun online-da qalam. Gördüm, yox, alınmır. Bir şeyləri vərəqə tökmədinsə, yazı yazarkən əziyyət çəkmədinsə, olmur.

Bu vaxta qədər not tutmaq üçün, qeylər üçün nə qədər online proqram sınamışam, bir Google bilir, bir də telefonum. Ən çox sevdiyim proqram Notion adlanan proqram idi. Hədsiz rahat və gözə xoş gələn dizaynı, funksionallığı olsa da, hətta bir müddət istifadə etsəm də, gördüm getmir.

Notion-un yanında EveryNote adlanan proqram da xoşuma gəlsə də, yaxşı özəlliklərinin çoxu pullu idi.

Belə ən aktiv istifadə etdiklərim çox sadə idi deyə, onlar haqqında ətraflı yazmaq istəmirəm. Misal, biri OneNote proqramı idi, daxil olurdun, qeydlərini yazırdın və dizaynı da özün verirdin, çox çətin proses idi. Nə bilim, sanki əllə yazının veridiyi zövqümü deyim, təbiiliyi mi deyim vermirdi bu proqramlar.

IMG_20211102_174532.jpg

Sonunda özümə not tutmaq üçün 2 ədəd not dəftəri aldım. İkisindən birinə 8 manat pul vermişəm deyə, yazmağa heyifim gəlir, vallahi. :D

Bu not dəftərlərinə keçmədən öncə, mənə, və ya bizə verə biləcəyi faydalardan danışım. Not tutmaq bəzən insana gülməli gələ bilər, hansı ki mən də vaxtilə "güya ağlımda saxlayıram da, niyə yazım ki bir yerə" düşüncəsində idim. Hər dəfə də "yaddaşımda saxlaya bilərəm"in verdiyi hirs izin vermirdi ki, gedin bir dəftər alım yazım notlarımı.

Hə, bu arada, mən çox qeyd aparan biriyəm. Yazmağı, vərəq üzərində plan qurmağı sevirəm. Məsələ odur ki, vərəq dediklərim dəftər vərəqi yox, A4 vərəqlər olur deyə, itib batır hamısı.

Not tutmaqla bağlı kiçik araşdırmalarıma görə, insan beynini rahatlatmaq, yüklərimizi azaltmaq və stresimizi tənzimləmək üçün not tutmaq çox faydalıdır. Bəzən insan elə yüklənir ki, nə necə idi, özü də bilmir və beyin az qalır partlaya, bax not dəftəri hər şeyi bir araya toplamaq üçün əla seçimdir.

IMG_20211102_174356.jpg

Yuxarıdakı iki dəftər bayaq yazdıqlarımdır. Qonur rəng olanı Bakıdan, digərini isə rayondan aldım. Qonur rəng olanı 1 həftəyə yaxındır, alsam da, hələ bir dənə nötqə də atmamışam, baxma da 8 manat pul saymışam. :)

Dünəndən həyatımda maraqlı və uzun zamandır gözlədiyim yeniliyi saldım. İndi bu yenilik də elə bir şeydir ki, gərək notlarını tutasan etdiklərinin, ona görə uzağı sabahdan artıq dəftərlərimə ilk yazılar düşəcək.

IMG_20211102_174505.jpg

Dəftərlərdən yaşıl olanı 60 səhifə, digəri isə az qala 200 səhifəyə yaxındır. İkinci olan konkret kitab kimidir, çox çalışacam ki, yararlı və maksimum şəkildə istifadə edim. Hətta dəftərə yazacaqlarımın kiçik bir şablonun ilk öncə A4-ə yazmışam ki, dəftərə qara düşməsin, yazını dağınıq yazmayım.

IMG_20211102_174341.jpg

Şəkilləri dünən çəkdim ki, Steemitdə paylaşım, sizləri də not tutmağa həvəsləndirim, baxmayaraq ki mən hələ də tutmuram. :)

Sizlərin də not tutmaqla bağlı fikirlərini, həqiqətən, çox istərdim bilim. Ümumiyyətlə, not tutmala aranız necədir? Gündəlikmi, həftəlikmi, aylıqmı, necə tutursunuz notlarınızı? Not dəftərinizə nələri yazırsınız, sadəcə planlar, ya başqa şeylər?

IMG_20211102_174442.jpg

Sizdən alacağım bütün fikirləri dəyərləndirəcəm. Hələ not tutmağa sabahdan başlayacağımı düşünsək, sizin təcrübələriniz mənə böyük köməklik edər.

Not tutduq, tutmadıq, hamımıza xoş, ən əsası stressiz bir həyat arzu edib, yazını burda bitirirəm. Oxuduğunuz üçün hər birinizə təşəkkür edirəm, var olasız! :)

Sort:  

Qaynım da not tutmağı sevir. Hətta bir dəfə yazmışdı ki, bu gün nişanlıma xoş söz söyləmək))

Coin Marketplace

STEEM 0.27
TRX 0.11
JST 0.030
BTC 69245.03
ETH 3778.28
USDT 1.00
SBD 3.51