Tariximiz və bir sıra orden medallar || Day dincəlin muzeydən fotolar bitdi :D

Bu gün, nəhayət ki, baxın nəhayət ki, Bayraq Muzeyinə səfərimizdən olan fotoları yekunlaşdıracam. Elə əslində yaxşı oldu bu yekunlaşdırma. Belə ki, yəqin xəbəriniz var, dəstək proqramı dayandı. Artıq booming-dən, və ya kuratorlardan aylıq dəstəklər olmayacaq. Bacaran #club5050 edib qazansınd deyirlər.

Biz də Steemit Azərbaycan olaraq köhnə hamam, amma yeni tasla gedəcik. Boomingin bizə qazandırdığı ən böyük şey böyük kütlədir. İndi booming getsə belə, bu kütlə əlimizdə olduğu müddətcə gəlirlərimiz olacaq, yazarlarımız olacaq. Qaldıq, biz-bizə Steemit Paltforması ilə. :)

IMG_20211105_124628.jpg

Nəsə. Bu mövzular bir qırağa bizim o kiçik Bayraq Muzeyimizdə nələr varmış, nələr. Yuxarıdakı şəkil divarıdır. Çöldən baxanda bayraq muzeyi çox böyük görünür. Halbuki içinə girdikdə şok oldum. Çox kiçik, dar bir yer imiş.

Özü də bayraqlarımızın da əksəriyyəti yox idi. Mən də nə gördüm çəkirdim. Bütün bayraqlarımız olsaydı, yəqin əlimdə bir illik şəkil tələbatımı qarşılayan mühit olacaqdı. :DDD

IMG_20211105_124417.jpg

Hər dəfəsində bu yuxarıdakı Bütöv Azərbaycan xəritəsinə baxanda ürəyim açılır ki, ilahi, necə gözəl imiş o zamanlar. Ermənistan yox, başımızı aparacaq ölkə yox. Hər şey öz axarında gedirmiş.

Xanlıqlar dövründə isə ölkəmiz tamam paramparça oldu. Əslində bir az da öz günahımız idi. Hələ də yadımdadır kitabdan, Quba xanı Fətəli xanın sayəsində bütün Azərbaycan xanlıqları olası rus işğalına qarşı birləşmişdi. Bircə bu bizim Qarabağ xanı Pənahəli xandan başqa. Adam dirəşdi ki, mən özüm başa çıxacam. Nəticədə də birlik dağıldı.

IMG_20211105_124644.jpg

Yuxarıdakılar isə bilmirəm, yaxşı oxunur, ya yox, ordenlərdir. Ölkəmizdə zatən ordendən çox nə var ki. Ən çox yadımda qalan Şərəf Ordenidir. Demək olar, bütün... Nəsə.

Oxuduğunuz üçün hər birinizə təşəkkür edirəm, dostlar! :)

Coin Marketplace

STEEM 0.27
TRX 0.12
JST 0.031
BTC 67928.13
ETH 3777.58
USDT 1.00
SBD 3.75