Yeni bir başlanğıca..!

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Son günlər hədsiz yorğunluq keçirsəm də, çox maraqlı təcrübələr yaşayıram. Yaşadığım bu maraqlı təcrübələr əsasən iş və özümü daha yaxından tanıma ilə bağlıdır. Zaman keçdikcə, işlədikcə, güvən qazandıqca sanki özümü tamamlamağa doğru gedirmiş kimi hiss edirəm.

Zaman keçdikcə insan anlayır ki, hər şey insanın özündə bitir. Əsas olan sənsən, sənin özünü kim olaraq görməyin, sənin özünü necə bir xarakter olaraq görməyindir.

pexels-david-alberto-carmona-coto-1151418.jpg
Link to Photos

İnsanları seyr etməyi çox sevirəm. Hər seyr etmədə də görürəm ki, sanki hər kəs özünü özü olmayan başqa biri kimi aparır. Desəm ki, bu başqa biri olmaq istədikləri şəxsdir, yalan olar. İnsanlar olmaq istədikləri şəxsdən çox, ətrafın onları necə görməsi ilə, ətrafın onları kim olaraq görməsi ilə maraqlanır və cəmiyyətin istədiyi şəxs olmağa, bəyənilməyə çalışılırlar.

Təbii ki, hər kəsin düşüncəsinə hörmətlə yanaşıram. Hörmətlə yanaşsam belə, bu o demək deyil ki, kimsə haqqında beynimdə düşüncə formalaşdıra bilmərəm. İnsanların hərəkətlərini sezmədə yaxşı olduğumu bilirəm və təxminlərimdə nadirən yanılmışam. Bu semə qabiliyyətim bir baxımdan yaxşıdır, bir baxımdan pis.

pexels-pixabay-416322.jpg
Link to Photos

Yaxşıdır ona görə ki, insanları daha tez tanımağıma kömək olur. Pisdir ona görə ki, insanların saxta üzlərinimi deyim, saxta kimliklərinimi deyim görmək mənim özümü bir baxıma yorur, güvənsizlik yaradır.

Bəzən düşünürəm ki, kaş ki Acımasız Gerçəklər adında bir obraz olardı və insanların dik üzünə etdikləri hər süniliyi deyərdi. Əslində belə bir obraz Çok Güzel Hareketler Bunlar adlanan komediya-skeç proqramında var idi.

Deməli, bu xarakter nə varsa, insanın birbaşa üzünə deyirdi. Misalçün, deyirdi ki, filan şəxsin bu xasiyyətini sevmirsən axı, niyə görə onunla birgə yaşayırsan, və ya filan şəxsin filan hərəkəti süni idi axı, sən niyə onu görməzdən gəldin və.s Beləcə bu obraz acı da olsa, insanları digərləri və özləri haqqında sorğuladırdı.

pexels-sevenstorm-juhaszimrus-396777.jpg
Link to Photos

Cəlil Məmmədquluzadə demiş, bəzən papağımızı qarşımıza qoyub söhbət etməliyik ki, görək üstümüzdə gəzdirdiyimiz bu qədər yük nə üçündür, niyə görə axı özümüzü bu qədər yorur, bu qədər süni aparırıq, sonda bizə qalan, və ya bizdən qalan nə olacaq ki?!

Nə bilim. İnsan barədə, hərəkətlərimiz barədə deyiləsi o qədər sözlərim, təcrübədən doğan fikirlərim var ki, bəzən düşünürəm, bir gün mütləq kitab yazacağam. Bu qədər fikirlər sadəcə fikir olaraq qalmamalıdır...

Coin Marketplace

STEEM 0.27
TRX 0.11
JST 0.030
BTC 69061.75
ETH 3774.04
USDT 1.00
SBD 3.51