Artıq çəki, əslində, nədir? Necə qurtulmaq olar?

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Artıq çəki ilə bağlı bitməz tükənməz saullarla bağlı daha bir yazı yazmaq ehtiyacı duydum.

Artıq çəki, əslində, nədir ? Biz nə üçün idman edirik, müxtəlif rasiyonlu dietlər saxlayırıq, kalori hesablayırıq, bahalı diet preparatları qəbul edirik, amma verdiyimiz kilodan adaha artığını geri alırıq ?

pexels-shvets-production-6975383.jpg
Link to Photos

Bu sualların çox bəsit cavabı var. Kilo almaq orqanizmin müdafiə mexanizmidir. Ona görə də siz dietaya başlayanda orqanizm qorxuya düşür. Bu "dəli" yenə bizi ac saxlayacaq düşüncəsi ilə yediyi qidalardan daha çox ehtiyat qida depolamağa başlayır.

Bəs necə? Axı onun artıq çəkisi olmasa, təcavüz hədəfi ola bilər. Yaxud diqqət mərkəzinə düşə bilər. O isə qətiyyən buna hazır deyil. Dolayısı ilə artıq çəki onu çirkin göstərir və bu yolla o özünü qoruyur. Bu ən bəsit səbəbdir.

Digər səbəb: "Mən ideal bədən quruluşna layiq deyiləm. Çirkinəm. Və çirkin görünmək məcbuiyyətim var". Bilirəm, bu sətirləri oxuyub gülürsünüz, amma bu səbəblər məhz seanslrada şahidi olduğum səbəblərdir.

Digər artıq çəki səbəbi nifrətdir. Sən nifrət edirsən. Dolayısı ilə bu nifrət sənin özünə ünvanlanır. Beləliklə, sən özünə nifrət etdiyin üçün zərərli qidalardan qəbul edirsən , bu isə sənin kilo almağında katalizator olur.

pexels-andres-ayrton-6551415.jpg
Link to Photos

Artıq çəkidən dietasız, idmansız necə qurtulmaq olar ? Vərdişləri dəyişməklə. Bəs vərdişləri necə dəyişmək olar ? Professional yardımı ilə. Biz sizinlə artıq çəki almağınızın səbəbini təsbit edəcəyik. Və qısa zamanda bu səbəbi aradan qaldıracağıq. Daha sonra isə, ev tapşırığı olaraq vərdişlərimizi dəyişəcəyik. Bu birgə əməkdaşlıq hər ikimizə zövq verəcək. Sən çəkilərindən qurtulacaqsan, mən isə işimdən həm maddi, həm mənəvi zövq alacam.

pexels-anete-lusina-5723265.jpg
Link to Photos

Artıq çəki səni cəmiyyətdə və ailəndə özünü diqqət mərkəzində görməkdən yayındırır. Sənin özünə olan güvənin və sevgin şkalanın altında olur. Bütün bu göstəricilərin aşağı olması sənə gündəlik həyatında məhsuldar olmağa mane olur.

Çıxış yolu isə sənə qalıb. Sən ömrünün sonuna kimi belə yaşamağa davam etmək istəyirsən ya özünü sevməyə mane olan hisslərdən qurtulub sağlam həyat tərzinə keçmək istəyirsən ? Bu seçimi etdiyin anda həyatın tam mənasında dəyişə bilər.

Məni aşağıdakı Sosial Mediya hesablarımdan da izləməyi unutmayın:

Facebook: https://www.facebook.com/HolisticMindTherapyst
Instagram: https://www.instagram.com/jala_hypnocoach/
Youtube: https://bit.ly/3qxrMWH
Steemit: https://steemit.com/@jale-85
Website: http://jaleabbasova.tilda.ws/
Əlaqə Formu: https://bit.ly/3qvVqLO

Coin Marketplace

STEEM 0.23
TRX 0.12
JST 0.029
BTC 67531.56
ETH 3528.71
USDT 1.00
SBD 3.06