Cənubi Amerikaya ekzotik səfərim || Ekvador macəralarım

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Bir müddət görünməməyimin səbəbi Cənubi Amerikaya etdiyim ekzotik səfərlə bağlı idi. Bu səfər əsrarəngiz Ekvadora idi.

photo5965066519211783488.jpg

Səfərin məqsədi nə turizm , nə də əfsanəvi Ekvador bananlarının dadına baxmaq idi. Bu səfər daha çox ruhi zənginliyə daha da dərinlik qatmaq məqsədi daşıyırdı.

Deleqaçiyamız 11 nəfərdən və 2 gurudan ibarət idi. 3 ölkənin ərazisindən keçib nəhayət ki, Ekvadora çatdıq. Ekvadora iki şəhərdən təyyarə ilə enmək mümkündür. Bizim gedəcəyimiz Puyo şəhərinə 6 saatlıq məsafədə yerləşən Kito aeroportuna gecə endim.

photo5965066519211783486.jpg

Qeyd edim ki, Ekvadorda ilin bütün fəsillərində günəş sabit olaraq 6:00 da çıxır və 18:00 da batır. Bu çox maraqlı müşahidə idi. Və bəzi hallarda saata baxmaq vərdişini əvəz edirdi. Biz Kito aeroportuna enəndə axşam saat 21:00 idi. Yarızarafat yarıgerçək deyim ki, o ölkəyə tez-tez getmək lazımdır. Çünki sərhədçilər bizim ölkənin pasportuna öyrəşməyiblər. Məni öz ölkələrinə buraxmaq üçün bir az tərəddüd edirdilər. Bizi qarşılayan Andreas cavan oğlan idi. 17 saatlıq uçuş və 2 sutka dünyanın 3 ölkəsinin aeroportunu gəzəndən sonra dərin yuxuya ehtiyacım var idi. Yerləşdiyimiz villaya çatan kimi hotel sahibəsinin yemək və istirahət təklifindən tez bazar istirahəti seçdim. Şam yeməyi əvəzinə isə bir alma və 2 bananla kifayətləndim. Yorğunluq özünü göstərirdi dərhal yuxuya getdim. Oyananda yerli vaxtla gecə saat bir idi. Bakı vaxtı ilə səhər olduğu üçün rahat əlaqə saxlaya bilərdim doğmalarla. İnsan Okeanın o tərəfinə keçəndə bir başqa həsrət çəkir doğmaları üçün. Həmin gecə daha yata bilmədim. Günəşi qarşılayana kimi oyaq qaldım. Sonra isə axşamdan görüşə bilmədiyim dostlarla söhbət yuxudan daha şirin gəldi.

photo5965066519211783487.jpg

Ümumiyyətlə orda olduğum müddətdə qətiyyən yatmaq istəmirdim. Sanki yatsam hansısa önəmli bir məqamı qaçırdacağımı düşünürdüm. Qaldığımız otel-villanın həyəti çox ekzotik idi. Bəzi meyvə və bitkiləri tanıyırdım. Bəziləri isə tamam yeni idi. Yerli iqlim subtropik-tropik olduğu üçün daha çox elə meyvələrə rast gəlinirdi bağda. Banan, avakado, naringi, portağal, laym, limon, quayama və adını bilmədiyim digər meyvə və bitkilər. Amma tanıdığımız -daha doğrusu mənim tanıdığım amma şimallı dostlarımın tanımadığı bitkilər də var idi. Məsələn tut, nar , şaftalı, əncir. Kifayət qədər dekorativ güllər və bitkilərlə zəngin bağı təsvir etmək üçün yəqin ki, saatlarla yazmaq olar.

photo5965066519211783485.jpg

Bu yaxınlarda oxudum ki, hətta ən iri pikselli fotoaparat belə insan gözünün gördüyünü tam olduğu kimi kadra köçürdə bilmir. Qısası insan gözünün pikselində fotoaparat hələ yoxdur. Bizim olduğumuz şəhər Kito qədim mədəniyyəti olan bir şəhərdir. Əhalinin dili əsasən ispan dilidir. Yerli memarlıq nümunələrində İspaniya kolonozasiyası dövründən qalma ənənələr hiss olunur. Əhali çox gülərüz , mehriban, eyni zamanda qonaqpərvərdir.

photo5965066519211783473 (4).jpg

Neft ölkəsidir. Benzinin qiyməti 20 sent dəyərindədir. Yerli valyuta dollardır. Kəskin inflyasiyadan sonra əhali milli valutadan imtina edib. Hakimiyyət daim yerlilərin nəzarətindədir. Yerli hindu qəbilələri çox uzaqlara çəkilsələr də ümumi narazılıqları olan kimi üsyan qaldıra bilir və hakimiyyətə təsir edə bilirlər. Son çevrilişdə prezidenti asıblar. Amma bununla belə əhali çox kasıbdır. Mərkəzi yerlərdən bir az uzaqlaşan kimi 20 dollardan iri əskinasa təəccüblə baxırlar.

photo5965066519211783489.jpg

Kito şəhərində çox az qaldıq , amma əslində gəzməli yerləri çox idi. Bölgədə aktiv vulkanlar olduğu üçün periaodik zəlzələlər olur. Dağlıq şəraitdə salınmış şəhərdən 6 saatlıq məsafədə daha bir şəhərə yol aldıq. O şəhərin adı Puyo idi. Məqsədimiz Puyo özü deyildi.

photo5965066519211783491.jpg

Ordan keçib Amazon meşələrində getməli idik. Puyoyay gedən yol daimi olaraq dağ dolanbaclarından keçirdi. Dağların içində yol salmaq nə dərəcədə çətindir onu bilənlər bilir.

photo5965066519211783475 (1).jpg

Yolu qısalda bilmək üçün çoxlu tunellər çəkilib yol boyu. Bu həm ekzotikdir , həm də əlverişli. Amma bizə əvvəldən deyilmişdi ki, daimi yağışlara görə yol hər an sürüşə blər. Və yolun açılmasını gözləmək üçün saatlarla vaxt itirə bilərik. Düzdür biz belə halla rastlaşmadıq, amma əvəzində orda tıxac görmədik.

photo5965066519211783490.jpg

Növbəti yazılarımda Ekvadorda yaşadığım macəralarımın davamı haqqında yazacam.

Məni aşağıdakı Sosial Mediya hesablarımdan da izləməyi unutmayın:

Facebook: https://www.facebook.com/HolisticMindTherapyst
Instagram: https://www.instagram.com/jala_hypnocoach/
Youtube: https://bit.ly/3qxrMWH
Steemit: https://steemit.com/@jale-85
Website: http://jaleabbasova.tilda.ws/
Əlaqə Formu: https://bit.ly/3qvVqLO

Oxduğunuz üçün təşəkkürlər!

Coin Marketplace

STEEM 0.30
TRX 0.11
JST 0.031
BTC 67859.32
ETH 3799.86
USDT 1.00
SBD 3.67