Həqiqət birdir . Sən onu ikiləşdirmə!

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Müasir sivilizasiya insanlara mövcud həqiqətləri tamam fərqli formada təqdim etdiyi üçün müasir insan başını itirib. Axı həqiqətə qarışmış minlərlə yalanın arasından doğrunu seçmək üçün ya inanmalısan, ya da özün yaşamalısan.

pexels-pixabay-268134.jpg
Link to Photos

Sən sivilizasiyanın üstünlünlüklərindən faydalanırsan, ən yeni texnologiyların köməyi ilə müayinə olunur, dəbdə olan dərmanları qəbul edərək müalicə aldığınızı düşünürsən. Təbiətin çıxartdığı səsləri , təbiətin verdiyi mesajları ala bilmədiyin üçün orta yaş həddin yarıbayarı azalıb. Halbuki biz həkimin köməyinə məhz ömrümüzü uzatmaq üçün müraciət edirik. Bu balaca insanlar necə sevgi dolu idi. Heç bir dərdləri yoxmuş kimi görünürdülər. Mən özüm belə onların əhatəsində zaman və məkan anlayışımı unutmuşdum.

pexels-spencer-selover-775417.jpg
Link to Photos

Təxminən bir həftəlik izolyasiya-inzivadan sonra evlə əlaqə saxlayanda həftənin bazar günü olduğuna təəccüblənmişdim. Qəribədir . Deyilmi? Amma Təbiətin səsini duymaq , onu eşitmək çox möhtəşəm hissdir. Təbiət sənə öz sirrini o zaman açır ki , sən onu qəbul edirsən. Heç bir şübhə duymadan, mühakiməsiz qəbul edirsən. Günəşin çıxmasına , buludun gəlib yağış yağdırmasına, istiyə , soyuğa , çayın şırıltısına , cırcıramanın cırıltısına belə sevinirsən. Sən yaşadığına sevinirsən. Sənin gözünün önündəki boz pərdə tədricən yox olur. Çəhrayı eynək söhbətinə o qədər aludə olmuşuq ki, eynəkli və eynəksiz DÜNYANIN necə gözəl olduğunun fərqində belə deyilik.

pexels-shiva-smyth-1051449 (1).jpg
Link to Photos

Bəs bütün bunları bizə kim sırıyıb ? Cəmiyyət, ailəmiz, əhatəsində olduğumuz dostlarımız ? Kim? Sizə bir sirr açım. İlk öncə, bu “cinayəti” ailəmiz törədib və bizi emosional olaraq “şikəst “ ediblər. Sonralar isə biz özümüzə oxşayan “şikəst” insanları axtarıb tapmışıq. Bu fikirlər sizə bir az qeyri-ciddi gələ bilər, amma həqiqət birdir əzizlərim. Bunu anlamaq üçün mütləq ÖLMƏK lazım deyil. Biz hər ölüm və doğuluşumuzda məhz bu həqiqəti görməklə görəvləndirilirik, amma neçəmiz bunu bacarır ?

pexels-elina-sazonova-4332146.jpg
Link to Photos

Mənim missiyam bu həqiqəti insanlara çatdırmaqdır. Bu həqiqəti duya bilən insan öz sağlamlığının da qayğısına qalacaq, yetişdirdiyi övladının da. Bir həqiqəti də sizə deyim . İnsan özünü sevmirsə, deməli, heç kimi sevmir. Xəstədirsə, deməli, özünü sevmir. Özünü sevmək çox möhtəşəm hissdir. Hələ o hissi özünə nifrət edəndən sonra qazanırsansa, bunun qiyməti olmur. Körpə uşaq kimi özünə toxunursan. Mən necə də sevimliyəm deyə bilirsən...

Yazdıqlarımın ən azı bir faizini yaşamaq və öyrənmək istəyirsinizsə, mənə müraciət etməkdən çəkinməyin. Sizi sevirəm, çünki mən artıq özümü sevirəm.

Oxuduğunuz üçün hər birinizə çox təşəkkür edirəm! :)

Məni aşağıdakı Sosial Mediya hesablarımdan da izləməyi unutmayın:

Facebook: https://www.facebook.com/HolisticMindTherapyst
Instagram: https://www.instagram.com/jala_hypnocoach/
Youtube: https://bit.ly/3qxrMWH
Steemit: https://steemit.com/@jale-85
Website: http://jaleabbasova.tilda.ws/
Əlaqə Formu: https://bit.ly/3qvVqLO

Coin Marketplace

STEEM 0.24
TRX 0.12
JST 0.030
BTC 69865.26
ETH 3687.73
USDT 1.00
SBD 3.25