Övladın üçün nə dərəcə ekoloji valideynsən ?

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

image.png
Övladımızın gələcəyi ilə bağlı yalnız yaxşı xəyallar qurduğumuzu düşünürük. Bəs niyə hər zaman haqqında xeyirli və xoşbəxt anlar xəyal etməyə çalışdığımız övladımız bəzən xəstələnir, bəzən faciə qurbanı olur. Bu barədə düşünməyə dəyər.
Mən hər zaman valideynlərə öz düşüncələrini müşahidə etməyi tövsiyə edirəm. Əgər sizin övladınız məktəbdə ləngidiyi halda siz onu avtomobil vurduğunu və ya yoldaşları ilə dalaşıb xəstəxanaya , polisə düşdüyünü düşünürsünüzsə o zaman siz övladınız üçün bu yolu və seçimi seçirsiniz. Əmin ola bilərsiniz günün birində o bunu yaşayacaq. Və ya siz xəstə uşağın valideynisinizsə o zaman sizi təbrik edirəm. Sizdə ya günahkarlıq hissi var. Bu hissi dolu dolu yaşaya bilmək üçün ən gözəl vasitə xəstə övlad sahibi olmaqdır. Yaxud da siz hansısa xəstə uşağın valideyninə baxıb o ananı və ya ananın davranışını qınamısınız, mühakimə etmisiniz. Yaxud yazığınız gəlib. Ciddi empati qurmusunuz. Mühakimə etmək ən sürətli hiss ötürmə anıdır. Siz o hissi içdən yaşamağı arzulayırsınız sadəcə. Övladın xəstəliyinin seçilməsi ilə bağlı bir keys də danışım. Xanım hələ övladına hamilə olan vaxtı uşağı baldızına verəcəyi barədə zarafat edir. Təbii ki, uşaq doğulandan sonra verməkdən imtina edir. Şüuraltı isə onun bu vədini unutmur və ona hər an övladını itirəcəyi ilə bağlı siqnal verir. Bu siqnal gəlir uşağın 12 yaşında qəfil xəstələnməyinə səbəb olur. Uzun müayinələrdən sonra ortaya normal bir dəlil çıxmır. Həkimlər yüngülvari müalicəynən uşağın problemini sakitləşdirirlər. Biz seans zamanı tapdıq ki, ananın bu uşaqla adın hamilə olanda baldızına söz verdiyi üçün yaranıb və sonra sözə əməl etməd bir də cəzalandırıb. Yalan vəd verdiyinə görə. Biz həmin problemi həll etdikdən sonra ananın şüuraltısındakı bu problemi həll etdikdən sonra uşağın bu problemi sonralar yaranmadı.
Digər bir keysdə uşaqda nadir böyrək xəstələyi var idi. Və bu məhz ananın günahkarlıq hissini yaşaması üçün idi. Uşaq xəstələndiyi üçün ətrafdakı insanlar ananı günahlandırrdılar. Halbuki elə dolayısı ilə "günahkar "ana idi.
Başqa bir keysdə ana öz panik atak tutmalarını daha da dərin yaşamaq üçün uşaqlarının 3 nü də eyni infeksion xəstəliklə "xəstələndirmişdi". Başqa bir keysdə ana eşitmə qüsurlu uşaqların anasına baxıb "görəsən mən bu halda olsam necə olar ?" tipində qibtə və maraq hissi ifadə edir. Bir müddət sonra öz uşağı qəfil eşitmə problemi ilə üz üzə qalır. Mən niyə bu sözləri dırnaq işarəsi ilə yazıram? Çünki bu məntiqlə izah olunmayan bir prosesdir. Və bəlkə də siz bu sətirləri oxuyub dərk etməyə belə çətinlik çəkirsiniz. İnsan malik olmadığı informasiyaya müqavimət göstərir.
Bütün bunlardan qurtulmaq olarmı? Bəli olar.
Özümü təqdim edim. Mən Jaləyəm. 12 illik insan resursları ilə iş təcrübəm var. Bu illər məni American Hypnos Academy də təhsil almağa sövq etdi. Artıq insan psixologiyasından gördüyüm problem məndə sual oyatmır. Çünki səbəbi bilirəm. Və o səbəbləri necə aradan qaldıra biləcəyimlə bağlı müəllif proqramı hazırlamışam. Bu proqramla addım addım mənim tapşırıqlarıma əməl etməklə sizinlə birgə hədəflərinizə gedən yolda qarşınızdakı maneələri dəf edəcik. Sizə individual strateji yaşam planı hazırlayıb ona 2 ay boyunca birlikdə əməl edəcik. Əgər siz də həyatınızda kökündən dəyişikliyə hazırsınızsa o zaman pulsuz konsultasiyamıza yazılın . Yeni həyata başlamağa birlikdə qərar verək.
Mənə müraciət etmək üçün instagram profilinə yaza bilərsiniz:https://www.instagram.com/jala_hypnocoach/

Sort:  
 3 years ago 

İnsanın həqiqətəndə iki bədədəndən, bir-birini bağlayan, tətikləyən daxili və xarici qüvvədən ibarət olduğu qənaətindəyəm. Biz maddi həyata o qədər bağlanmışıq və o qədər düçar olmuşuq ki, elə bilirik hər nə görürsək, eşidirsək, hiss edirsək maddi olaraq gercəkdir. Lakin cismimizin duyğu orqanları bu işdə vasitəçidir. Ruhsal şüur sinirlər vasitəsi ilə bu duyğuları yaşayır. Sinirlərimiz bir enerji daşıyıcılarıdır daxilimizlə cismimiz arasında. Sizin yazınızdakıların baş verdiyinə inanıram. Biz hadisələri daxulimizdə müzakirə və mühakimə edərək enerjimizin hazırkı vaziyyətinə görə doğruluq qənaətinə gəlirik. Bir müddət sonra hadisələr doğru olmadığımızı bizə göstərir bəzən. Sizin seanslarınızı həqiqətəndə izləmək istərdim. Maraqlıdır yaşadığım həyat...

Bəli.Biz özümüzü müşahidə etməyi bacarsaq bir çox hadisələri təkrar yaşadığımızı görürük. Hadisəni birəbir eyni yaşamasaq da eyni duyğunu yaşadığımız üçün dejavü təəssüratı bağışlayır. Amma əslində təkrar yaşadığımız sadəcə eyni duyğudur.

 3 years ago 

Jalə, burda vurğuladığın problemləri yaşayıram demək olar ki. Bakıya gəldiyimdə ilk işim səninlə görüşmək olacaq

Gülay xanım, sizinlə online də görüşə bilərik. Ürəyiniz istədiyi vaxt mənə müraciət edə bilərsiniz. Sizə gec cavab yazmağıma səbəb o olub ki, ölkədə deyildim. Tez tez etdiyim səfərlərlə bağlı diqqətdən yayınan rəylər olur. Aşağıdakı forumdan qeydiyyatdan keçin sizinlə skype və ya zoom vasitəsilə əlaqə saxlayaq. https://docs.google.com/forms/d/1AtOmQ8x02X_yBHjUCWxklo4u-l1ATrKje2qWRlLiVqA/edit

Coin Marketplace

STEEM 0.27
TRX 0.11
JST 0.030
BTC 70439.87
ETH 3810.76
USDT 1.00
SBD 3.44