Pul nədir? Pulu bizə niyə əl çirki kimi "sırıyıblar"?

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Bu gün sizə pulla bağlı danışmaq istəyirəm. Bilirəm ki, bu mövzu çoxlarını maraqlandırır.

Pul Nədir ? Enerji ya kəsilmiş kağız parçası? Pulun dəyərini necə ölçmək olar ?

pexels-pixabay-355952.jpg
Link to Photos

Pul əslində nə enerjidir, nə də dəyər. Pablo Eskobar mühasirədə qalanda bir milyon pulu qızını isindirmək üçün ocaq qalayıb yandırmışdı. Əgər sən pulu idarə etməyi və onu hara xərcləyəcəyini bilmirsənsə, o zaman nə pul qazanmağa motivasiyan olacaq, nə də pul özü sənə gələcək. Pulun daha intensiz gəlməsi üçün siz, ilk öncə, onu nəyə xərcləyəcəyinizi və nə zaman xərcləyəcəyinizi dəqiqləşdirməlisiniz.

pexels-karolina-grabowska-4497591 (1).jpg
Link to Photos

Pul özlüyündə kəsilmiş rəngli kağız parçasıdır. Onu dəyərli edən həmin məbləğin dəyərində olan bir əşya, və yaxud xidmətin olmasıdır. Məşhur Eskobar mühasirədə qaldığı müddətdə qızının üşüməməsi üçün bir milyon dollardan tonqal qalamağı ilə indi də pulla bağlı misallarda xatırlanır. Beləliklə, pul özlüyündə heç bir dəyər kəsb etmir, ta ki siz ona məna yükləyənə qədər. Odur ki, siz çoxlu pulum olsun deyəndə əgər o pulu nəyə xərcləyəcəyinizi dəqiq bilmirsinizsə, o zaman problem başlayır.

Məsələn , sizin uşaqlığınızdan inancınız var ki, pul əl çirkidir. Bu gün isə istəyirsiniz ki, çoxlu pulunuz olsun. TADAM. Şüuraltınız sizə gülür. Bəs noldu pul əl çirki idi ? Siz isə şüuraltınızın oyunundan xəbərsiz olduğunuza görə hələ də anlaya bilmirsiniz ki, niyə bu qədər pul istəməyinizə rəğmən, pulunuz yoxdur.

pexels-andrea-piacquadio-972995.jpg
Link to Photos

İndi bunu bir az dərindən izah edim. Deməli, biz uşaq olanda bu, və ya digər səbəblərdən dolayı pula qarşı antisimpatiya yardılıbsa, və ya pulu olan adamlara qarşı neqativ duyğularımız varsa, şüuraltı avtomatik olaraq bizi "pulun lənətindən" qoruyur.

"Pulun lənəti" nədir ? Bir çox varlı adamların haqqında ləyaqətsiz, mənəviyyatsız və s. ştamplar vurulduğunu eşitmisiniz. Ağıllı adamlar anlayır ki, pulun xarakterə heç bir aidiyyatı yoxdur. Kifayət qədər ləyaqətli, xeyirxah olan varlı insanlar var. Pul, əslində, insanın var olan xarakterini daha da gücləndirir.

Deməli, "pulum olsa mən də əclaf olaram" inancı kökündən yanlışdır. İndi gələk "Bu inancdan necə qurtulmaq olar?" sualının cavabına.

Olarmı? Bəli olar. Bunun üçün sizin həmin inancı yaşadığınız ilk anı tapmaq lazımdır: 3 yaşmı, 1 yaşmı, ana bətnimi? Axı bütün inancları biz böyüklərimizdən əxz edirik.

pexels-lukas-928188.jpg
Link to Photos

Praktikamda bir xanım 3 yaşı olanda atasından dondurma almaq üçün pul istəyəndə "qızlara pul olmaz" deyib dondurmanı ata özü alır, qızına verir. Bu isə uşağın şüuraltısına "mənə pul olmaz "proqramı kimi yazılır və yaşının irəliləyən dövrlərində hər zaman puldan imtina etməyinə səbəb olur.

Digər misalda, uşağa nənəsi "pul əl çirkidir" deyir və bu proqram uşağın beyninə yazılır. Əslində, mənəviyyat pərdəsi ilə maskalanmış kasıblıq karması deyilən bir anlayış var ki, o, çox insanın həyatını kökündən zəhərləyib. Daha dəqiq baxsaq, görərik ki, pulu pisləyən guruların hamısı kifayət qədər zəngin həyat tərzi sürür.

pexels-pixabay-54333.jpg
Link to Photos

Xristianlıqda dəbdəbəli kilsələr, Roma papasının qızıl aksesuarları, İslamda dəbdəbəli həyat tərzi sürən şeyxlər, həcilər, Kəbədə moizə deyən vaizlərin qızıl mikrofonları , Buddist məbədlərində olan dəbdəbə və s. Kasıblığı ilə fəxr edən adama pul niyə gəlsin ki? Sizi daha artıq yormayım.

Oxuduğunuz sətirlərdə özünüzü gördünüzsə, mənə rahatlıqla müraciət edə bilərsiniz. Mən sizi bu "xəstəlik"dən sağalda bilərəm.

Məni aşağıdakı Sosial Mediya hesablarımdan da izləməyi unutmayın:

Facebook: https://www.facebook.com/HolisticMindTherapyst
Instagram: https://www.instagram.com/jala_hypnocoach/
Youtube: https://bit.ly/3qxrMWH
Steemit: https://steemit.com/@jale-85
Website: http://jaleabbasova.tilda.ws/
Əlaqə Formu: https://bit.ly/3qvVqLO

Sort:  
 3 years ago 

Dərd orasıdı ki çoxu bu misalı düzgün başa düşməyib."Pul əl çirkidi"deyəndə pulun çirkab olması mənasında deyilməyib bu söz.Bədən üzvlərimizdən ən çox və ən tez tez yuyulan hissəsi əldir.Yuyulduğu üçün orda çirkab uzun müddət qalmır.Təmizlənir,o çirkab əlimizdən axıb,çıxıb gedir.Yəni çirkab əldə nə qədər az müddət qalırsa, pulda o qədər müddət qalır anlamında deyilib bu söz.Boşuna deməyiblər yəgin,"İnsanın qazandığı puldan yox,pulun qazandığı insandan qorx".Təşəkkürlər yazıya görə

Baxış bucağınızı yazdığınız üçün təşəkkür edirəm. Mübahisə etməyəcəm. Çəkdiyiniz misal da subyektiv fikirdir. Sizdə də qorxu var. Pul özlüyündə siz ona nə məna yükləyirsinizsə odur. Xisləti bəd olan olan insanın pulu olanda daha bədləşəcək, xisləti xoş olan insanın pulu çoxlanada daha da xoş olacaq. Bu qədər. Yəni o insan pulu olanda da olmayanda da eyni adam olur.

 3 years ago 

Məndə təşəkkür edirəm fikir mübadiləsi etdiyiniz üçün.Başqa şeylərdən bəlkə qorxum ola bilsin ki var,amma puldan yox.Deyəsən siz məni doğru başa düşməmisiniz Jalə xanım.Yada mən fikrimi izah edə bilməmişəm.Pul əl çirkidi misalının izahı açıqlama verdiyim kimidi.Pulun pis və yaxud yaxşı şey olmasına gəlincə məndə o fikirdəyəm ki bu insandan asılıdı.məsələn Bıçaq yaxşı şeydi?Onunla mətbəxdə iş görülür mütləq lazımdı və faydası var.Bəs bu yaxşı şey dediyimiz caninjn,cinayətkarın əlində olanda necə?Əşyaya yox,məqsədə,onu idarə edənə görə dəyişir.Pis dediyimiz pul ilə çörək alıb yeyənlərdə var,pis yola istifadə edənlərdə.

Coin Marketplace

STEEM 0.24
TRX 0.12
JST 0.029
BTC 67497.36
ETH 3532.54
USDT 1.00
SBD 3.19