Sosial şəbəkələrin içdiyi qanımız!

Mən bilmirəm, sosial şəbəkələr konkret nə üçün icad edilib?! Bəlkə də, elə lap bıçaq kimi xeyirli bir şeydir. Ondan çörək kəsmək üçün istifadə etmək lazımdır. Amma bəziləri ondan qətl aləti kimi də istifadə edir. Bir çox insanlar sosial şəbəkələri elə istifadə edir.

pexels-tracy-le-blanc-607812.jpg
Link to Photos

Sosial şəbəkələrdə öz düşüncə tərzinə uyğun insanlar tapmaq , ünsiyyət yaratmaq , fikir bölüşmək kimi xüsisiyyətlər daha məqsədə uyğun olduğu və insana fayda verdiyi halda bir məqaləni oxuyub (heç bəzən sona qədər oxumayıb) bir şəkili bəyənən Qəzənfər özünü məqaləni yazana , yaxud da şəkli paylaşana “yaxın “ bilib, öz aləmində “qız tutmağa “çalışır.

Bu Qəzənfər, əvvəlcə, “gözəlsiz”lə başlayır söhbətə, çünki İQ-sü başqa mövzudan söhbət açmağa imkan vermir. Nə isə o personaj hamıya tanışdır deyə, çox uzatmayacam.

pexels-sora-shimazaki-5926395.jpg
Link to Photos

Elə bilirsiniz onun İQ səviyyəsi dəyişir? Statistikaya görə insanların (Yer üzündə yaşayanlardan gedir söhbət) cəmi 1 faizi dəyişməyə hazırdır. Yerdə qalan 99 faizi doğulduqları kimi öləcəklərini düşündükləri üçün bəzən oturduqları yerdən qalxıb balkona çıxmağa belə təmbəllik edirlər. İşlədikləri tikintidə fəhlə maaşını alıb pivəxanada içib , sosial şəbəkədə “xanım çox gözəlsiz “ yazıb yatmağa həsr edirlər həyatlarını.

Hə, razıyam sizinlə, bu yazını o oxumayacaq. Amma formulu eyni saxlayıb insanı dəyişsək və Qəzənfəri Muradla əvəz etsək, bu dəfə də aylıq 1000 manat maaş alan dövlət qulluqçusunu görəcik ki, o da həyatını elə ehtiyatla və qayda qanunla yaşayır ki, dəyişməsin. Hətta ona dəyişim təklif edəndə deyir ki, nəyimə lazımdır? Bir baxıma haqlıdır da. Stabillik can rahatlığıdır. Yoxsa mənim kimi? Bu yaşa gəlmişəm, hələ də insanları dəyişimə səsləyirəm...

pexels-michael-burrows-7129050.jpg
Link to Photos

Hə. Söhbətə sosial şəbəkədən başlamışdıq axı. Həyatın müxtəlif pillələrində yaşayan insanlar əksəriyyəti sosial şəbəkə istifadə edir. Amma niyə istifadə edir?

Çox az faiz sosial şəbəkələrdən faydalanmaq üçün istifadə edir. Əksəriyyət (burda statistik rəqəm deyə bilməyəcəm, araşdırmağa vaxt yox idi) sosial şəbəkələrdə sadəcə vaxt öldürür. Hə. Sözün hərfi mənasında vaxtı öldürür. Halbuki o mənasız videolara baxdığı zamanı daha faydalı bir şeyə sərf edə bilərdi.

pexels-jordan-benton-1095601.jpg
Link to Photos

Zaman bizim üçün yeganə geri qazanıla bilməyən, alına bilinməyən dəyərdir. Hər şeyi yenidən qazanmaq olar, təkcə zamandan başqa. Bəlkə də, elə sosial şəbəkələri zamanı geri qazanmaq üçün icad etmişdilər ki, insanlar daha rahat komunikasiya qura bilsin, biri-birilərindən daha sürətli faydalana bilsinlər. Halbuki insanlar bundan da qətl aləti kimi istifadə etməyin yolunu tapdı...

Məni aşağıdakı Sosial Mediya hesablarımdan da izləməyi unutmayın:

Facebook: https://www.facebook.com/HolisticMindTherapyst
Instagram: https://www.instagram.com/jala_hypnocoach/
Youtube: https://bit.ly/3qxrMWH
Steemit: https://steemit.com/@jale-85
Website: http://jaleabbasova.tilda.ws/
Əlaqə Formu: https://bit.ly/3qvVqLO

Sort:  
 3 years ago 

Afərin..Həmişəki kimi super,həssas, çağdaş mövzuya toxunmusuz..Bir şeyə diqqət etsək bir çox kəşflər varki, onlar insanların xeyrinə hazırlanıb lakin, zaman keçdikcə insanlar o icadı ziyana, mənfiyə işlədir..Düzgün nəzər yetirilsə sosial şəbəkələrlə adından da göründüyü kimi cəmiyyəti düzgün idarə edib yönləndirmək olar..Məncə sosial şəbəkələr də bu məqsədlər üçün yaranıb..Toplum insana təsir etmək.Bu təsir mənfi də müsbət də ola bilər.Bu artıq şəbəkədə yayılan informasiyanın asılıdır.Sosial şəbəkələr haqda Bir çox fikirləri irəli sürə bilərəm...Şəxsi fikrimdir.Politik cəhətdən yanaşsaq baş qarışdırıcı bir sistemdir..Yəni cəmiyyətin başını qatmaq üçün başqa nəsə düşünməyə vaxtı qalmasın...Qarşılaşdığım bəzi hadisələrdən dolayı deyə bilərəm ki, sosial şəbəkələrin müsbət cəhətləri də var.Məsələn: İnsan olurki, stress əsəbi sıxlıq içində boğulur və bu neqativ enerjini özündən xaric edə bilmir. Sosial şəbəkədə vəziyyətinə uyğun postlar paylaşmaqla vəya orada digər şəxslərin paylaşdıqları postları oxumaqla rahatlıq tapır..Bir qrup insancıqlar varki, sosial şəbəkədən istifadə edərək kimlərinsə həyatını dağıdır..Sonra da deyirlərki, sosial şəbəkə pisdi, ora girən belədi, helədi və digər qeyri-etik fikirlər.. Demək ki, problem şəbəkədə deyil Onu idarə edəndir..Bu bir sistemdir..Loru dildə desək əmr quludu.Hansı yönə yönləndirsən o yöndə də fəaliyyət göstərəcək..Bir xeyri də, bu saat dəbdədir də deyə bilərəm Bir çox şəxslər varki, sosial şəbəkələrdə dərs keçirlər, onlara qoşulanları elmləndirirlər.Müəyyən dərəcədə təmənnasız da demək olar, Amma bir xeyri də varki, toplumu nə qədər çox olsa reytinqə görə gəlir də əldə edir..Həm öyrədir, həm qazanır..Burda pis nəsə var? Keçək əsas Məsələyə))) Qəzənfərə sözüm budur.Belə deyim var, Adın çıxınca canın çıxsa yaxşıdır..Ged özüvə iş tap bu iş sənlik deyil...)))Xülasə hörmətli oxucularım Sizi çox yormayım konkret olaraq YAXŞINI PİSƏ,PİSİ YAXŞIYA ÇEVİRƏN İNSANDIR..

 3 years ago 

İnsanın dəyişməsi mövzusuna da tozundan, Bir tərəfdən dəyişmək istəməyən insanı qınamıram..Çünki, o artıq özünü o cür proqramlaşdırıb..Beyni yaşayışı fundamental olaraq o cür formalaşdırıb..Məsələn:Çəkdiyi əziyyətlərin qarşılığında 350 man aylıq maaş alan insan maaşı 50-100 man(yuxuda) artım olsa sadəcə düşünəcək ki, cüzi də olsa bəzi rasxodlarımı ödəyəcək. Amma düşünmürki,əlavə başqa nəsə bir iş qurub gəlirini daha da yüksəldə bilər.Yada neqativliyə qapılır sadəcə onu düşünürkii, Məndə alınmayacaq,nə iş görsəm batıracam, bacarmayacaq..Bu tipli insanın dəyişimi bəlkə də ola bilər amma çox qəlizdir..Eləcə də yüksək maaşa işləyən..Fikirləşir ki, maaş əla, istirahət super başqa heçnəyə ehtiyac qalmır..

Coin Marketplace

STEEM 0.27
TRX 0.11
JST 0.030
BTC 68880.27
ETH 3763.86
USDT 1.00
SBD 3.43