Valideynlərin bilməli olduğu, lakin diqqətdən qaçırtdığı əsas məqamlar

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Bu yazı məhz valideynlər, və ya valideyn olmaq istəyənlər üçün nəzərdə tutulub. İlk öncə, valideylərə sual verim. Aranızda neçə nəfər özü, və ya yoldaşı hamilə olan vaxtı, və yaxud daha əvvəl valideyn olmaq kurslarına gedib, və ya müvafiq ədəbiyyat oxuyub dünyaya gələcək körpəsinin görüşünə hazırlaşıb?

pexels-andrea-piacquadio-3820203.jpg
Link to Photos

Hiss edə bilirəm ki, çox azımız bunu edib. Axı necə olur? Bu nəyə lazımdır kimi sualları belə eşidirəm. Baxın, əzizlərim, siz bunun nə qədər vacib olduğunu anlamırsınız, amma dünyaya gətirdiyimiz körpənin bütün məsuliyyətini dərk etmirksə, onun həyatını korlamağa dəyməz. Körpə qonşudan qalma dala prinsipi ilə, öz qadınlığını, və yaxud kişiliyini sübut etmək məqsədi ilə dünyaya gəlməli deyil. Onun gəlişini özənlə , sevgi ilə gözləmək lazımdır.

pexels-katie-e-3663036.jpg
Link to Photos

Mənim seanslarımda rast gəldiyim məqamlardan biri də o olur ki, valideyn hansı məqamdasa uşağı abort etdirmək istəyib və bətndəki körpə bunu dərhal duyub və özünü lazımsız hiss edib. Və bu lazımsızlıq duyğusu ilə bu gün gəlib çatıb orta yaş həddinə və özünü tamhüquqlu yaşamağa icazə vermir. Bax belə əzizlərim, övladlarınızı özənlə gözləyin, özənlə sevin, özənlə böyüdün. Onlara əsl layiq olduqları sevgini verin. Yox, əgər buna gücünüz çatmırsa, o zaman sizdən rica edirəm, valideyn olmağa tələsməyin. Çünki sizin sevgi verə bilməməyinizin səbəbi özünüzdə həmin sevginin olmamasıdır.

pexels-pixabay-48794.jpg
Link to Photos

Bu günlərdə bir xanım mən özümü sevirəm, amma özümü başqaları üçün fəda etməyi də sevirəm dedi. Özünü sevən insan özünü fəda etmir. Bu, paradoksdur. Bilirəm, bu oxuduqlarınız sizin ilk dəfədən həzm edə biləcəyiniz informasiya deyil. Amma əgər övladınızın gələcəyindən narahat olmaq istəmirsinizsə , onun gələcəkdə narkotik, alkoqol, və yaxud avtoqəza qurbanı olmağını istəmirsinizsə, o zaman sona qədər diqqətlə oxuyun. Gözlərinizdəki sualı və üzünüzdəki narazı ifadəni görmüş kimiyəm hətta. Əvvəl sualınızdan başlayaq.

pexels-pixabay-39369.jpg
Link to Photos

Bəli, biz özümüzün də övladımızın həyatının taleyini özümüz təyin edirik. Əgər biz dünyaya gətirdiyimiz körpəmizə sevgi verə bilmiriksə, o zaman o özünü dəyərsiz hiss edir, bununla da kifayətlənmir, lazımsız olduğunu düşündüyü üçün özünü məhv proqramı ilə yaşamağa başlayır. Bu proqramın diktəsi ilə siqaret çəkir, ziyanlı vərdişlərə asanlıqla aludə olur və özünü qram-qram məhv etməyə başlayır. Bura xəstəliklərin də cavan yaşda qazanılmasını əlavə etsək, əla bir buket alınır. Dünyanı idarə edən beyin institutları bunu əla bilir və bu prosesdən manipulyasiya üçün istifadə edir.

pexels-анастасия-беккер-5738117.jpg
Link to Photos

Hər birinizin yadına Sovet dövrü tərbiyəsini sala bilərəm. O zaman özü övlad olanlar əla bilir ki, evdə hər şeyin ən yaxşısını qonaq üçün saxlamaq lazım idi, qonşu əsəbiləşməsin deyə, uşaq çox rahatlıqla döyülə bilərdi və s. Bizə təhsilin vacibliyini aşılayırdılar, döyə-döyə oxutdurdular, amma əslində, sən nə istəyirsən, sualını vermirdilər.

pexels-max-fischer-5212345.jpg
Link to Photos

Qədim Tibet tərbiyə üsuluna görə uşaqlarla 5 yaşına qədər şah kimi davranmaq lazımdır. Bu adətə bizim də nağıllarımızda rast gəlmək olar. Sual olunur, bəs bu adəti niyə yığışdırıblar? Çox sadə səbəbə görə. Uşaq 5-7 yaşına kimi özünün emosional dünyasını formalaşdırır. Bu yaşa kimi nə qədər qorxaq, özgüvənsiz, dəyərsizlik duyğusu ilə yüklənsə, sonrakı yaş dövründə həmin qorxaq, özgüvənsiz və özünü dəyərsiz hesab edən insanı idarə etmək daha asan olur. Amma siz valideyn olaraq bunları bilmirsiniz, çünki sizin özünüzü də belə tərbiyə ediblər və bu proqramı olduğu kimi öz övladlarınıza köçürürsünüz.

pexels-pixabay-236215.jpg
Link to Photos

Seanslarımda bir çox dəfə öz uşaqlığına gedib valideyninin etdiyi şiddəti görən, amma eyni zamanda ona haqq qazandıran pasientlərim olub. Səbəb isə çox sadədir - mən özüm də övladıma eyni pisliyi etmişəm etirafı. Sizə bir sirr açım. Övladlarınızın yaddaşında sabah xeyirli valideyn kimi qalmaq istəyirsinizsə, o zaman onların bu günündə daha sevgi dolu olun. Siz daha çox yormayım. Əlavə suallarınızı və müraciətlərinizi gözləyirəm.

Məni aşağıdakı Sosial Mediya hesablarımdan da izləməyi unutmayın:

Facebook: https://www.facebook.com/HolisticMindTherapyst
Instagram: https://www.instagram.com/jala_hypnocoach/
Youtube: https://bit.ly/3qxrMWH
Steemit: https://steemit.com/@jale-85
Website: http://jaleabbasova.tilda.ws/
Əlaqə Formu: https://bit.ly/3qvVqLO

Oxduğunuz üçün təşəkkürlər!

Coin Marketplace

STEEM 0.30
TRX 0.11
JST 0.031
BTC 67859.32
ETH 3799.86
USDT 1.00
SBD 3.67