Steemit'də Markdown nədir? Yazını necə qaraldaq? || Let'sLearnSteemit

in Steemit Azerbaijan☪✔3 years ago

Salamlar, dəyərli Steemit Azerbaijan üzvləri. Bu yazımızda sizə Steemitdə postlar hazırlayarkən çox işinizə yarayacaq olan Markdown'lar haqqında danışacağıq.

Steemit Youtube Video Cover (6).png
Link to Icon used in the Image

Markdown nədir?

Steemit Markdown'ları postunuzu, yazılarınızı, şəkillərinizi daha səliqəli göstərəcək olan komandolar, və ya kodlardır.

Markdown'lardan istifadə edərək siz daha cəlbedici, oxunaqlı postlar hazırlaya bilərsiniz. Belə bir örnək verim. Ola bilər ki, siz inanılmaz dərəcədə maraqlı bir bloq yazmısınız və əminsiniz ki, bu postu oxuyan hər bir kəsə çox şey qazandıracaq. Lakin bir məsələ var ki, sizin postunuz, post içindəki yazılar çox səliqəsizdir. Bax o zaman istifadəçi oxumaqdan diksinib qaçacaq.

Bu bilirsiniz nəyə oxşayır? Çox yaxşı, dadlı bir yemək bişirib bərbad bir şəkildə servis etmək.

Biz bu yazıda sizi çoxlu markdown yağışına tutmayıb, elə birbaşa yazılarımızı qaraldacaq olan ilk markdown'umuz ilə bu kodları öyrənməyə başlayacağıq.

Post içindəki bir cümləmi, yazımı necə qaraldım?

Əminik ki, bəzən, hətta çox vaxt post yazarkən cümlələrinizin içində, və ya elə sözlərinizin içində elələri olub ki, istəmisiniz ki, sırf həmin cümləni, və ya sözü qara rəng göstərəsiniz ki, daha çox diqqətə çarpsın. Bax biz indi bunu edəcəyik. Gedək yazıların qanın qaraltmağa. :D

Deməli, deyəlim ki, postumuzun içində aşağıdakı kimi bir cümləmiz var:

Yaşayasan.png

Siz istəyirsiniz ki, cümlənin ikinci hissəsi olan "Yaşayasan gərək" hissəsini daha qabarıq, qara rəng göstərəsiniz. Aşağıdakı kimi yəni:

Yaşayasan.png

Bunu etmək üçün sadəcə aşağıdakı təsvirdə göstərilən kimi qaraltmaq istədiyiniz sözün, və ya cümlənin soluna və sağına iki qoşa ədəd altdan xətt(__) işarəsini əlavə edirsiniz:

ready.png

QEYD: Bu markdown'un adı BOLD'dur. "Bold" azərbaycancada "qalın" mənasına gəlir. Yəni əslində biz yazını sadəcə qalınlaşdırdıq, rəngləmədik.

Bu qədər sadə. Ümid edirəm ki, sizlər də yazı yazarkən bu markdown'u istifadə edəcəksiniz. İşinizə yarayacaq.

Oxuduğunuz üçün təşəkkürlər. Çalışın tətbiq edin. Nə suallarınız olsa, rəy bölməsində qeyd edin, zəhmət olmasa. :)

Hər birinizə bolluca uğurlar və STEEM'lər! :)

And finally, THANK YOU STEEMIT PLATFORM for GATHERING US HERE! Especially, many thanks to the Steemit Team, especially @steemcurator01 and @steemitblog, for their support in all these endeavours! :)

Facebook səhifəsi
Steemit Azerbaijan Community
Telegram group
Steemit Azerbaijan Community
Discord kanalı
Azerbaijan Steemit
Steemit Azərbaycan 3 (3).png

Sort:  

Hay?))

 3 years ago 

Sizə ayrıca müəllim tutmaq lazımdır e, belə olmur )))

 3 years ago 

Müəllimənin dilini ancaq Müəllimə bilər)

 3 years ago (edited)

ALLAH saxlamış bunu de dabə. Mən də neçə vaxtdı"*" ilə yazıram ALINMER. Bildiyim whatsapda olan bəzi şeyləri burada tətbiq etdim və yeni bir şey də kəşf etdim

Screenshot_2021-09-09-21-14-35-550_com.mi.globalbrowser.jpg

Diqqət etsək bəzi kodlamalar məndən Pro)

Coin Marketplace

STEEM 0.28
TRX 0.12
JST 0.034
BTC 63236.79
ETH 3280.48
USDT 1.00
SBD 3.85