Topluluq içində təşkil edilən yarışmalar üçün Ümumi Qaydalar || General Guidelines for The Contests

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salamlar, Steemit Azərbaycan yazarları. Bu post topluluğumuz içində təşkil edilən istənilən tip yarışmaya qatılmaq istəyənlər üçün bir bələdçilik postudur.

Əgər siz də öz postunuzla(və ya postlarınızla) Steemit Azərbaycan Topluluğunda təşkil edilən yarışmalara qatılmaq istəyirsinizsə, tipik bir yarış postu üçün tələb olunan aşağıdakı şərtlərə əməl etməlisiniz. :)

general guidelines for contests.png
Link to Icon used in the Image

Yarışmalar üçün hazırlanan tipik bir post necə olmalıdır?

Yarışmalara qatılmaq və mükafat qazanmaq üçün yazacağınız post aşağıdakı tələbləri qarşılamalıdır:

  1. Yarışma üçün hazırladığınız post minimum 100 sözdən ibarət olmalıdır
  2. Postun tağlar bölməsində bu topluluğa özəl olan #steemexclusive, #steemitazerbaijan, #az, #tr tağları ardıcıllıqla əlavə olunmalıdır
  3. Həmçinin postun tağlar bölməsində sırf o yarışmaya özəl olan tağ istifadə olunmalıdır. Narahat olmayın, həmin tağ yarışmanın elan edildiyi postda qeyd olunacaq
  4. Posta əlavə edəcəyiniz şəkillər, və ya videolar mütləq özünüzə aid olmalıdır. Hardansa foto, və ya video material götürülsə, müəllif hüquqlarını qorumaqdan ötürü mütləq həmin foto, və ya video-ya link əlavə etməlisiniz
  5. Yarışma üçün hazırladığınız posta minimum 2 ədəd foto əlavə etməlisiniz
  6. Yarışma üçün hazırladığınız postu hansı dildə yazacağınızın fərqi yoxdur. Hansı dil rahatdırsa, o dildə yazın

Təbii ki, hər yarışmanın ayrıca kiçik tələbləri olacaq. Həmin tələblər yarışmanın elan edildiyi postda qeyd olunacaq.

Misalçün, elə yarışma olacaq ki, tələb edəcəyik ki, yarışma üçün hazırladığınız posta sırf o yarışa özəl olan və bizim hazırladığımız tağı əlavə edəsiniz, və ya elə yarışma olacaq ki, tələb edəcəyik ki, yarışma üçün hazırladığınız postu həmin yarışmanın elan edildiyi postun altında rəylər bölməsinə atasınız, hansı ki beləcə postunuzu daha rahat tapacağıq.

Yuxarıdakı tələblər isə hər zaman dəyişməz qalacaq.

And finally, many thanks to the Steemit Team , especially @steemcurator01 and @steemitblog, for their support in all these endeavours! :)

Facebook səhifəsi
Steemit Azerbaijan Community
Telegram group
Steemit Azerbaijan Community
Discord kanalı
Azerbaijan Steemit
Steemit Azərbaycan 3 (3).png

Sort:  
 3 years ago 

Tamamdır

Qəşəng yarışmalar eləginən, qazanaq))

 3 years ago 

Çox gözəl belə yarışlar mütləqdi təsəkkür

 3 years ago 

Artıq hər şey əvvəlki kimi olmayacaq :)

Heç bir şey demək istiyir e)

 3 years ago 

Haydi bakalım, irəli)

 3 years ago 

Məlum oldu.

 3 years ago 

Lets goo😉

Coin Marketplace

STEEM 0.29
TRX 0.12
JST 0.034
BTC 63672.48
ETH 3319.16
USDT 1.00
SBD 3.91