Sevgi romanı yoxsa şəxsi inkişaf kitabı ?

in #judith5 years ago (edited)

cudit.jpg
image

Salam. Gündəmin bu qədər gərgin olduğu dövrdə , beynimizi məşğul edən problemlərdən bir neçə saatlıq da olsa qurtulmaq və az da olsa unutmağın tək çarəsi mütaliədir. Kitab oxumağı çox sevdiyimi, kitab oxuyarkən istirahət etdiyimi sizə demişdim. Sadəcə mən normal oxucu olmadığımı da etiraf edirəm. Bir çox mütaliə etdiyim kitabların müəllifləri ilə söhbət etmək şansım olduğu üçün əminliklə deyə bilərəm ki, bəzən kitab oxuyan zaman çıxartdığım nəticələr müəllifin özünün belə ağlına gəlmir. Bu barədə daha sonra ətraflı danışacam. ))
İndi isə artıq üçüncü kitabını oxuduğum amerikalı yazıçı Cudit Maknaut barədə fikirlərimi bölüşmək istəyirəm. Əsasən sevgi romanları müəllifi kimi tanınan müəllif çap olunana kimi uzun mübarizə yolu keçib. 1978-1982-ci illərdə nəşriyyatlar onun əlyazmalarını bir-birinin ardınca geri qaytarıb.Lakin bu ədəbi uğursuzluq Cudit Maknautu ruhdan salmayıb. 1983-cü ildə çapdan çıxan “Zərif qələbə”(“o roman haqqında da danışacam” müəl.)adlı ilk romanı ona şöhrət qazandırıb. Artıq 5 ildən sonra -1988-ci ildə Cudit Maknaut “New York Times”in bestseller müəllifinə çevrilmişdi. Müəllifin bütün sonrakı əsərləri də bu nüfuzlu siyahıda özünə yer tutub.
İndi keçək romanın özünə. Baxmayaraq ki, hadisələr 90-cı illərdə baş verir oxucu heç bir yadlıq çəkmir. Təkcə qəribə olan mobil telefonun yoxluğudur. Çünki hələ peycer təzə çıxıb. Bizim indi öyrəşdiyimiz nazik ekran və batereya ilə işləyən TV-lər isə sonluqdakı məhkəmə prosesində ilk dəfə təqdim olunur. Bu bir qədər nostalgiya yaşadır insana.
Əvvəlini oxuyanda hələ anlaya bilmirsən ki, müəllif niyə evin anasız böyümüş qızını, onun atası ilə münasibətini,evə yeni gəlmiş ögey ana və ögey bacını bu qədər ətraflı təsvir edir. Qonşuluqda yaşayan ailə dosltarının özündən çox mehtərlərindən daha çox məlumat verildiyini də əsərin ortasından sonra anlamaq olur. Ümumilikdə bu sevgi romanından çox mübarizə və qələbə romanıdır. Çünki baş qəhrəmanların ayrı ayrılıqda gənc yaşlarından başlayaraq keçdiyi çətin həyat yolu bir çox şəxsi inkişaf kitablarında nəql edilən həyat təcrübələrini çox xatırladır. İnsana çox dərin stimul verir. Naşirlər müəllifin kitablarını sevgi romanlarındansa şəxsi inkişaf yönümlü kitab kimi təqdim etsələr daha çox oxucu marağı çəkə bilər. Cudit Maknautun digər əsərlərində də baş qəhrəmanlar adətən çətin həyat yolunu öz əzmkarlıqları müqabilində qələbə ilə başa vurur.
Romanda bir çox biznes məsləhətləri, fərqli ailə münasibətləri, əxlaqsızlığın insan həyatını necə baş ayaq çevirdiyi aydın təsvir olunur.
Qəhrəmanlardan birinin psixoloji məqamlar bir müddət qaranlıq qalsa da sonluğa yaxın o düyün də açılır.
Əsərdə hal-hazırda dəbdə olan organik qidanalanma , əl işlərinin daha qiymətli hesab olunması, “kır düyünləri”(adətən təbiət qoynunda keçirilən toy mərasimlər nəzərdə tutulur. Təəssüf ki dilimizdə bu ifadəni tam dolğun şəkildə təqdim edən söz və ya söz birləşməsi yoxdur.müəl.) ailə içi harmoniya o qədər gözəl təsvir edilir ki, insanın hal hazırda istifadə etdiyi və rahatlığını təmin edən yarımfabrikat məhsullardan tutmuş , marketlərdən alınan meyvə tərəvəzə kimi hər şeydən imtina etməyi gəlir. Hətta bir yerdə evin nənəsi mətbuat konfransı zamanı jurnalistin verdiyi yersiz suala “ cavan oğlan o qədər kimyəvi maddələrlə dolu qidalar qəbul edirsiniz ki, xasiyyətiniz korlanıb” ifadəsi ilə cavab verməsi məni düşündürmədi deyil.

Bir də xoşuma gələn “ögey ana, ögey ata, ögey bacı-ögey sindromu” ilə bağlı bütün streotiplərin sındırılmasıdır. Çünki bir müddət sonra Diananın atası ölür və qız əvvəlkindən daha çox “ögey” qohumları tərəfindən diqqət və qayğı ilə əhatələnir.

Bir sözlə bu kitabı mütləq oxuyun. İnsanın nə qədər çalışırsa çalışsın , nə qədər pul qazanırsa qazansın bir yerdə dayanıb həyata baxması üçün lazımlı əsərdir. Baş qəhrəmanların necə fədakar olduqları isə sizin gözünüzü dolduracaq. Xoş mütaliələr.
ps: ingiliscə oxumaq istəyənlər "Remember When" adı ilə tapa bilər.

Sort:  

Congratulations @jale-85! You have completed the following achievement on the Steem blockchain and have been rewarded with new badge(s) :

You received more than 1000 upvotes. Your next target is to reach 2000 upvotes.

Click here to view your Board
If you no longer want to receive notifications, reply to this comment with the word STOP

Support SteemitBoard's project! Vote for its witness and get one more award!

Thank you so much for sharing this amazing post with us!

Have you heard about Partiko? It’s a really convenient mobile app for Steem! With Partiko, you can easily see what’s going on in the Steem community, make posts and comments (no beneficiary cut forever!), and always stayed connected with your followers via push notification!

Partiko also rewards you with Partiko Points (3000 Partiko Point bonus when you first use it!), and Partiko Points can be converted into Steem tokens. You can earn Partiko Points easily by making posts and comments using Partiko.

We also noticed that your Steem Power is low. We will be very happy to delegate 15 Steem Power to you once you have made a post using Partiko! With more Steem Power, you can make more posts and comments, and earn more rewards!

If that all sounds interesting, you can:

Thank you so much for reading this message!

Coin Marketplace

STEEM 0.27
TRX 0.13
JST 0.031
BTC 62177.56
ETH 2918.14
USDT 1.00
SBD 3.66