Xalqımızın dahi şairlərindən Xalq Şairi Məmməd Araz!

in #steemix6 years ago (edited)

✤ Xalqımızın Dahi Şairlərindən
Məmməd Araz

Məmməd Araz- Türk dünyasının ən görkəmli şairlərindən, yazıçılarından biri. Azərbaycan xalqı öz içindən çox tarixi şəxsiyyətlər, alimlər, elm xadimləri, şairlər, yazıçılar çıxarmışdır. Xalqın yaradıcılıq qabiliyyətinin üstünlüyü onun bu şəxsiyyətləri ilə məlum olur.
Şairlər və yazıçılar öz qələmi ilə vətənlərinə xidmət edərlər. Onların nə topu olar, nə də tüfəngi. Onlar qələmlərinin iti ucu ilə tarixi qələmə alar, yaddaşa salar və tarix boyu onların qoyduqları bu iz qəlblərdə əbədi yaşayar. Ataların da bir sözü vardır ki, "Qələmin gücü, qılıncın gücündən daha güclüdür", gerçəkdən də sözlər və onda olan hikmətlər dövlət də qurar, dövlət də yıxar.
Məmməd Araz da öz xalqının görkəmli şairlərindən olub, öz sözləri ilə tarixin qızıl səhifələrinə adını yazdıracaq işlər görmüşdür. Yaradıcılığını vətəninə, millətinə həsr edən ədib vətən haqqında, millət və milliyətçilik ilə əlaqəli mövzulara toxunmuşdur.
Məmməd Araz Naxçıvan Muxtar Respublikasının Şahbur rayonunun Nursu kəndində 1933-cü ildə dünyaya göz açmışdır. O yaşamı və yaradıcılığı müddətdinə qazandığı uğurlarına görə, sənətinə görə dövlət tərəfindən mükafatlandırılmış, incəsənət xadimi, dövlət laureatı,xalq şairi kimi statuslara yeyələnmişdir.
Xalq şairi Məmməd Araz 2004-cü ildə 1 dekabr tarixində dünyadan cismən köçmüş, lakin hələ də qəlblərdə yaşamaqdadır.
Sonda Şairin gözəl misraları ilə bitirmək istəyirəm.

❝ V ə t ə n m ə n ə o ğ u l d e s ə n ə d ə r d i m,
M a m ı r o l u b q a y a s ı n d a b i t ə r d i m. ❞

Sort:  

Congratulations @coinkazan ! You received a 11% upvote from @kryptoniabot & @kryptonia for your task of 412 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

Coin Marketplace

STEEM 0.28
TRX 0.13
JST 0.032
BTC 60682.45
ETH 2903.00
USDT 1.00
SBD 3.54