Gəl, bahar, gəl.

in #steemix5 years ago (edited)

Yenə martdı. Yenə qəlbimin həssas tellərinin mənimlə oynadığı aydı. Yenə bahar astanada. Martda bir qəribə oluram. Amma yaxşı mənada. Mart yoxdan var olmanın əyani sübutudu.
IMG-20190129-WA0009.jpg

Bomboz təbiət canlanır, yenidən həyata dönür. Mart mənə yaşama sevinci verir. Heç nəyin gec olmadığına, başlanğıcların həmişə mümkün olduğuna bir işarətdir mart. Bahar gəlir, bahar. İlıq yağışı ilə, buludların toqquşması ilə, pəncərələri şaqqıldadan küləyi ilə.Bahar gəlir. Evdən çıxırsan, jaketini geyinirsən, yolun yarısına çatanda çıxarıb atırsan qolunun üstünə. Gedib mənzilinə çatanda qədər jaketin gah qolunun üstündə olur, gah əynində.
Bəli, bahardı bu. İnsan qəlbinin təbiətdəki güzgüsü. Bir gün elə olur, bir gün belə. Elə biz də eləyik. Bir gün elə, bir gün belə:) Bəzən o qədər sürətlə qərar dəyişdiririk ki, öz sürətimizə yetişə bilmirik. Gəl, bahar, gəl. Darıxmışdım..

IMG-20190129-WA0004.jpg

Sort:  

Mart gəldi, dərd gəldi. yaz gəlməsinə baxmayaraq ən zəhləm gedən ay mart ayıdır. Amma yenə yaz gəlir deyə dözmək olar.

Yaxşı ki demədin ki, it üşüyən aydı. Romantika yerlə bir olardı:)

Ən sevdiyim ay mart ayıdır.Təbiətin oyandığı, çiçəklərin xoş ətirlərinin yayıldığı, qaranquşların həyətdə ilk gözə göründüyü, çərşənbələri və Novruz bayramı kimi adət ənənəsi ilə məşhur aydır mart.
Əzizlərimin əksəriyyəti və həmçinin özümdə mart ayında doğulduğum üçün daha çox sevirəm martı....

Bəzi ağır işləri olmaya😊


Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.
@c-squared runs a community witness. Please consider using one of your witness votes on us here

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.033
BTC 63924.41
ETH 3120.23
USDT 1.00
SBD 3.88