Sosial fobiya.

in #steemix5 years ago

İnsan bədənində kanser xəstəliyinə yoluxmayan yeganə bir orqan var. Ürəkdir o. O kiçicik, durmadan çalışan, məsum ürək.

Bizi ən çox incidən də odur, ən çox qoruyan da.
Əslində biz onu incidirik. Onu cürbəcür hisslərlə yükləyərək.
Ətrafımız insanlarla doludur. Bizi sevən, sevməyən, özünü sevirmiş kimi göstərən, güvəndiyimiz, güvənib də yanıldığımız və bir çox başqaları.
Son zamanlar ətrafımız yalnız görüşə bildiyimiz adamlar çərçivəsindən çıxıb. Sosial şəbəkələr və oradan tanış olduğumuz insanlar həyatımıza daxil olub. Özləri uzaqda olmasına baxmayaraq zərrəmizə qədər həyatımıza daxil etdiyimiz insanlar. Necə tanımalı? Necə güvənməli? Axı danışanda hamı gözəl danışır.Yoxsa tənhamı qalmalı. Amma hamımızın ünsiyyət ehtiyacı var. İncitmədən, incinmədən, üzülmədən, üzmədən.
Məncə, uzaqdan tanıdığımız və ya tanıyırıqmış kimi sandığımız insanların sözlərinə yox, davranışlarına diqqət etməliyik. Təkcə bizimlə yox, başqa insanlarla da, hətta heyvanlarla olan münasibətinə də.
Bəzən qəlbimiz hiss edir yanlış münasibəti, bəzən yanılır.
Olsun. Əsas odur ki, biz yanıltmayaq. Dürüstcə sevək, dürüstcə dostluq edək.

Sort:  

Congratulations! This post has been upvoted from the communal account, @minnowsupport, by nurengizbagirova from the Minnow Support Project. It's a witness project run by aggroed, ausbitbank, teamsteem, someguy123, neoxian, followbtcnews, and netuoso. The goal is to help Steemit grow by supporting Minnows. Please find us at the Peace, Abundance, and Liberty Network (PALnet) Discord Channel. It's a completely public and open space to all members of the Steemit community who voluntarily choose to be there.

If you would like to delegate to the Minnow Support Project you can do so by clicking on the following links: 50SP, 100SP, 250SP, 500SP, 1000SP, 5000SP.
Be sure to leave at least 50SP undelegated on your account.

Əsas odur ki, biz yanıltmayaq. Dürüstcə sevək, dürüstcə dostluq edək.

Aynen öyle sevmek ama dürüstçe sevmek. . Bu güzel sevgi dolu paylaşım için teşekkür ederiz.

Təşəkkürlər.


Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.034
BTC 63688.35
ETH 3125.30
USDT 1.00
SBD 3.97