Cavanlaşmanın sirri.

in #steemix5 years ago (edited)

20181206_211113.jpg

İndi danışacağım mövzu haqda bəlkə də eşitmisiniz, mən də bunu həmişə eşidirəm və oxuyuram. Tənbəllik icazə vermirdi ki, sınayım. Söhbət cücərdilmiş buğda yeməkdən gedir.
Deyilənə görə cücərdilmiş buğda orqanizmə çox yaxşı təsir göstərir- yaşlanma prosesini ləngidir , toksinlərdən təmizləyir, qan təzyiqini normallaşdırır, saçların və dişlərin tökülməsinin qarşısını alır, və.s.
Bundan başqa cücərmiş buğdanın tərkibində E və B vitamin qrupu, fol turşusu, kalsium, dəmir və fosfor var.
Bir sözlə- cücərdilmiş buğda əsl sağlamlıq mənbəyidir.
Mən dünən buğda islatdım və cücərməyə qoydum, artıq sabah, ya da birigün cücərmiş buğdadan istifadə edə biləcəyəm.

20181206_211034.jpg

Əslində hamımımızın buğda cücərtmək təcrübəmiz var- Novruz bayramında hər xanım evində səməni qoyur. Elə həmin cür də edirik- boşqaba tənzif qoyur, üstünə buğda səpir, üzərini yenə tənziflə örtürük, üzərinə su gəzdiririk.

Buğdanın yaşıllaşmasını gözləmək lazım deyil, sadəcə buğdaların ucundan çıxan ağ sap kimi rüşeymlər 3mm-ə çatanda deməli hazırdı, istifadə etmək olar.
İki günə buğdalar cücərir, mənim buğdalarım artıq cücərməyə başlayıb, bu asan və tez başa gələn bir prosesdir.
Mədəsində hər hansı bir xəstəliyi olan insanlar cücərmiş buğda yeyə bilməz, çünki bu gec həzm olunan bir qidadır. Buğdanı gündə bir çay qaşığı səhər acqarına qəbul etmək olar. Bıenderdən keçirib balla qarışdıraraq yemək də olar, əgər diri şəkildə yeyirsinizsə, o zaman çoxlu çeynəmək lazımdır.

20181206_211051.jpg

Əgər buğda cücərtmək istəsəniz, bunu az miqdarda edin, çünki cücərmiş buğdanı cəmi iki gün soyuducuda saxlamaq məsləhətdir.
Zaman məhdudiyyəti yoxdur, bir neçə ay, hətta ömür boyu da qəbul edə bilərsiniz, əsas odur ki,bunu davamlı olaraq səliqəli şəkildə edəsiniz.
Əlbəttə, bu buğdanı yeyən kimi, 15 il cavanlaşmaq və sapsağlam olmağımı gözləmirəm, amma hər halda nəsə yaxşı bir effekti olacağına əminəm. Əgər mənfi bir təsiri olmasa uzunmüddətli edəcəyimə söz vermişəm.

Sort:  

Hi there,
I've just upvoted this post
A small contribution from me, to help the steem community to thrive ;)


Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.
@c-squared runs a community witness. Please consider using one of your witness votes on us here

Coin Marketplace

STEEM 0.26
TRX 0.11
JST 0.033
BTC 63966.64
ETH 3055.32
USDT 1.00
SBD 3.87