Tarix təkrarlanır.

in #steempress4 years ago

Tarix təkrarlanır, oyunçular yenilənir, biz mövqe dəyişdiririk.

Dünən Rusiyada Putun və Ərdoğan "başqa bir ölkəni necə bölüşdürək" adı altında altı saatlıq müzakirə etdi və son qərar alındı ki, bəs atəşkəs elan olunsun, siz öz işinizi görün, biz öz. Rejim qüvvələri adı altında Rusiya qabağına kim çıxsa öldürür, terror yuvasıdır İdlib deyə Türkiyə kimə gəldi bomba atır. Regionda müharibə varsa ədalətsizdir o müharibə. Ümumiyyətlə müharibələr ədalətsiz olur, hər kəs bir-birinə əzələ nümayiş etdirir. Biri qurudan, bir havadan, biri sudan. Amerika da qıraqdan baxıb iztehza ilə gülür ki, it döyüşdürürəm Orta Şərqdə. Zaman-zaman bu regionda tarix bu formada təkrarlanıb. Osmalı və Çar Risuyasından bu yana. Müharibə meydançası olmaq o qədər ağır bir bəladır ki. Dəyən bizə dəyir, girən bizə girir. Biri adını "Bahar qalxanı" qoyur, biri " Pinar", ortada sivillər qırılır, yaşadığı evlərdən köçkün düşür. Öz evindən didərgin düşmək nədir, bunu Azərbaycan olaraq çox gözəl biririk.


image

Müharibə varsa, zatən ədalətsizlikdir. Müharibə varsa yarım qalmış həyatlar var, Müharibə varsa tükənmiş ümidlər var. İnsanlıq dramı var. Bunu anlamayan körpələr var, gələcəyində hiss edəcəyi bir travma.



Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2020/03/tarix-t%c9%99krarlanir

Coin Marketplace

STEEM 0.28
TRX 0.13
JST 0.032
BTC 60918.56
ETH 2919.11
USDT 1.00
SBD 3.56