İş müsahibələri və müsahibəni qazanmanın yolları!

in #steempress5 years ago


Hər bir işəgötürən özün üçün ən uyğun namizədi seçmək istəyir. Hər bir iş axtaran da özü üçün daha yaxşı maaşlı, daha yaxşı olan işi seçmək istəyir. İş müsahibələri də bu vəziyyətin ortaq bir nöqtə tapdığı andır. Verilən suallara verilən cavablar bu baxımdan çox böyük bir önəm kəsb edir.
İş müsahibəsində " Ən zəif tərəfiniz nədir?" sualına necə cavab vermək lazımdır?
İşə götürən tərəf sizin hiyləli sual ilə qarşılaşdığınızda və basqı altında qaldığınızda necə çıxış yolu tapa biləcəyinizi görmək istəyir.


Heç bir zəif tərəfim yoxdur demədən öncə dürüst olaraq özümüzü də pisləmədn bir düşünün və bu sualı verərək görəsən məndən nə gözləyir deyə özünüzdən soruşun. Amerikalı bir elm adamı bu haqqda 3 fikrin olduğunu bildirir. 1. İşə götürən şəxs müraciət etdiyiniz vəzifəyə gerçəktən də uyğun olub olmadığınızı və ya uyğun olmayan tərəflərini müəyyən edir. 2. Sizin qarşılaşacağınız hər hansı mənfi və ya müsbət hadisədə necə davranmağınızı yoxlmaq istəyir. 3. Özünüzü nə qədər tanıdığınızı və özünüzə güvən dərəcənizi öyrənmək istəyir Heç bir zaman zəif yanım yoxdur sözünü deməyin. Bəs bu suala necə cavab verməliyəm? Elə bir təkəbbürlü bir cavab verməkdən əsla qaçın. İşə götürən adamın gözlədiyi cavab inanın ki, bu deyil. Əgər gerçəkdən də ən az belə zəif olduğunuza inanmırsınızsa belə bu cavabı vermək sizin işini çətinə salar. Əslində bu sualı özünüz üçün avantaja çevirə bilərsiniz. Belə ki, ona verəcəyiniz cavabı əgər onun xoşuna gələcəyi tərzdə versəniz bu zaman sizin digər namizədlərə nisbətdə şansınız çox çox artar. Zəiflik məsələsi ilə bağlı olan sualda iki seçiminiz var. Ya əsasında bir zəiflik olmayan bir özəlliyinizdən bəhs edəcəksiniz ya da ki bir zamanlar əslində zəif olan lakin sonralar çalışaraq öhdəsindən gəlib gücləndirdiyiniz bir tərəfinizdən bəhs edəcəksiniz. Elm adamı bildirdiyi tövsiyyələrdə bir ayrı seçimə də diqqət çəkir. Deyir ki, əgər ilk suala cavab versəniz artıq bu dövrdə şablon olan bir məsələyə toxunacaqsınız. Özünüzü tərifləsəniz əgər bu zaman da hər insanın hislərinə qapılıb özünü təriflədiyindən onlardan sadəcə biri olacaqsınız. Lakin əgər siz problemli məsələləri ortaya qoysaz və bu problemlərdən hansı vaxtlar necə çıxdığınızı desəniz bu zaman onlar da qarşılarındakı insanın heç də adi, sıradan biri olmadığını görərlər və düşünərlər ki bu insan iş həyatında da problem həll etməyi yaxşı bacarar, yaxşısı biz seçimimzi bu namizəd üçün edək. Hər bir işə götürən üçün ən vacib məsələ onun işçisinin mədəni bir insan olması, sözə baxan, təkəbbürü olmayan, lovğalanmayan biri olması və işlərinə diqqətlə yanaşan, iş yeri üçün gecə - gündüzünü qurban verə biləcək biri olmalıdır. İş yerinin inkişafı üçün nələrsə edə bilən insan olmalıdır. Bu hissi qarşı tərəfdə yaratmaq üçün də müsahibələrdə onların tam gözünün bəbəyinə baxaraq bu hissləri, bu işləri görəcəyinizi hər bir sözünüzlə onların beyninə yeritməlisiniz. Mən özüm də sınadığım bir məqamı sizlərə bildirmək istəyirəm. İnsanlara təsir edərək onların sizin haqqında düşüncələrini yönəldə bilirsiniz. Bunun üçün onların gözlərinin içinə baxmaq və çəkinmədən düzqamətlə, sərbəst və rahat, sanki sənin yox da onların sənə işi düşmüş kimi amma lovğalanmadan və təkəbbürsüz şəkildə etsəniz bunları bu zaman uğur qazana biləcəksiniz.

sourcesource


Posted from my blog with SteemPress : https://steemitaz.000webhostapp.com/2018/08/is-musahib%c9%99l%c9%99ri-v%c9%99-musahib%c9%99ni-qazanmanin-yollari

Sort:  

YOU JUST GOT UPVOTED

Congratulations,
you just received a 11.82% upvote from @steemhq - Community Bot!

Wanna join and receive free upvotes yourself?
Vote for steemhq.witness on Steemit or directly on SteemConnect and join the Community Witness.

This service was brought to you by SteemHQ.com

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.034
BTC 63815.31
ETH 3124.40
USDT 1.00
SBD 3.99