Acılarımızı sevəkmi?...

in #tr5 years ago

Bir şair var. Deyir ki, bir qadın da sevmədik, ayrılaq şeir yazaq. Ən gözəl şeirlər ayrılıqlardan təsirlənib yazılan şeirlərdi. Sizi bilmirəm, mənim fikrimcə, ən böyük uğurların müəllifi məhz elə acılardı. Acılar insanı ən gözəl danışmağa vadar edir. Acılar insanı ən çıxılmaz vəziyyətlərdən qalib kimi çıxmağa səbəb olur. Acılar , nəhayət, dahilər yetişdirir. Bu günlərdə bəzi dahilərin həyat səhifələrini vərəqlədim. Və nələri kəşf etdim:
Bir ailə təsəvvür edin. 8 övladı olan xəstə ana. Övladlarının üçü kar, ikisi kor, biri zəka əngəllidi. Və həmin ailənin sonuncu övladı olan Bethoven.
Əvvəllər də yazmışdım. Bir əyyaş ata, xəstə ana, ömrü boyu evindən uzaqlarda tənha həyat keçirən bir övlad Dostoyevski.
Daha bir ailə. Ailədəki 6 övladın ikisi lap körpəliyində, qalan 3 - ü isə sonradan xəstəlikdən vəfat edir. Ata çox zalımdı. Bu ailənin ilk övladı, həmişə yalnızlıqdan əzab çəkən Kafka.
Çox zalım atanın övladı. Həmişə kəmərlə döyülürdü. Qorxudan çox vaxt küçədə yatırdı. Bukovski.
Atası borcları səbəbindən həbsə girir. O isə işləyərək borcları ödəmək və ailəni saxlamaq məcburiyyətində qalır. O zaman çox kiçik idi. Çarlz Dikkens.
Hələ kiçik yaşlarında atasını itirir və zalım babası tərəfindən küçələrə atılır. Maksim Qorki.
Ailəsi tərəfindən rəğbətlənməyən bir övlad. 13 yaşında evini tərk edir. Ölkədən ölkəyə sürüklənir və sonda həyatı intiharla sonlanır. Van Qoq.
Və çoxları. Bəli, xoşbəxt insanların maraqlı hekayəsi olmur.
Acılarımızı sevəkmi?...IMG-20190122-WA0058.jpg

Sort:  

Vaaay hocam, bu kadar ünlü simayı tek bir ortak noktada toplamanız çok şaşırtıcı :) Bunları bilmiyordum. Teşekkür ederim. Hocam ayrıca etiketlerinize #art koyarsanız daha çok insana ulaşacaktır.

Teşekkürler😊

You got a 14.33% upvote from @minnowvotes courtesy of @etasarim!

Hayatta yaşadığımız her acı bizi olgunlaştırır. Dersler çıkarmamıza neden olur.
Ellerine sağlık güzel bir yazı olmuş 😊

Çox sağolasan 😘


Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.
@c-squared runs a community witness. Please consider using one of your witness votes on us here

Ən gözəl şeirlər ayrılıqlardan təsirlənib yazılan şeirlərdi.

Mesela bende boyle düşünüyorum ve yazdigim siirlerde de bunu hissedebilirsiniz😊

Öyledir. En güzel şiirlərin yazarı dertler, ayrılıklar, aşk acılarıdı. Sizin şiirlerde de gördüm bunu.

Təzə başlaminan əsər yazmağa?))

Bizim Anarın həyatından bir məlumat varmı?

Coin Marketplace

STEEM 0.29
TRX 0.12
JST 0.033
BTC 62934.09
ETH 3118.65
USDT 1.00
SBD 3.85