"Oxutmuram əl çəkin"

in #tr6 years ago (edited)

Budur, efirdə sentyabrdı. Sentyabrı çox sevirəm. Bu bəlkə təhsillə bağlı adam olduğundandı, ya da qızlarımın doğum gününün sentyabra təsadüf etməsindəndi. Bu hətta ən çox sevdiyim meyvə olan şaftalının bu ayda yetişməsindəndi. Hər nə səbəb olur olsun , mən bu sentyabrı çox sevirəm. Ayın biri günü uşaqların əllərində gül-çiçək məktəbə gəlmələri , pilləkənin başında durub bitməz-tükənməz çıxış söyləyən direktoru gözləyərkən ayaqlarının birini götürüb o birini qoymaları və sair. Hələ birincilərin " Tutu topu tutur" , ya da " Ata ata ot atır" kimi sehirli cümlələrlə tanışlığı. Bunlar həqiqətən də çox gözəl idi. Ta ki kurrikulum kimi bir nəsnəni bizə sırıyana qədər. Deməli, bu kurrikulum nədi? Məsələn, sən kimya müəllimisən. Və uşaqlara dəmir bəhsi keçirsən.Çaşıb nəbadə dərsdə dəmir sözünü işlədəsən. Qətiyyən olmaz. Bu dəmiri adını çəkmədən elə izah etməlisən ki , uşaq qayıdıb sənə desin ki, müəllim, burda söhbət dəmirdən gedir. Vay o günə ki, bunu başa salanda yüz cür dona girəsən, el aləmi qatasan bir birinə , uşaq da qayıda ki, alüminiumdu bu. Dünya başına fırlana, özünü bir sabunlu kəndir axtarasan asmağa. Ya da " Qırmızıpapağın nağılı". Biz həmişə o nağılı Qırmızıpapaqdan dinləmişik. Kurrikulum deyir ki, o nağılı bir də qurddan dinləyək. Bəlkə haqlı səbəbləri var qəribin? Xülasə, çox qəliz məsələdi bu kurrikulum. Hələ bunun alt və üst standartları var, motivasiyası var, Blum taksonomiyası var, daha nələr. Hələ o dilə yatmayan terminlərin adını əzbərləmək əsl hünər istər. Hə, bu arada, məktəblər də tamam şəffaflaşıb. Məsələn , bizim direktoru keçən il rüşvət aldığına görə işdən azad elədilər. Yerinə təyin olunma "şirinliyini" tapıb düzüb qoşan tapılmadığına görə yenidən vəzifəsinə bərpa etdilər. Beləcə...

Hə, bir də o mənada şəffaflaşıb ki, dərs alqı-satqısı bayaqdan iki nəfərin arasında olurdu, direktorla müəllimin. Artıq gizli heç bir şey yoxdu. Bunu nəinki müəllim, hətta uşaqlar və onların valideyni də bilir. O fond pulu, ay nə bilim süpürgə pulu deyilən zadlara bir də summativ pulu da əlavə olunub. Bir növ keçmiş yoxlama yazı işi kimi bir şeydi. Müəllimin dərsdə dərs başa salmağı ən axırıncı plandadı. Bir dəftərxana işçisi bəlkə bütün gün az yazıb pozur, nəinki bir müəllim bir dərsin formal gedişatını qələmə alır. Bir sözlə, oxumaq, oxumaq yenə oxumaq. Məncə sonadək oxumaq. Çünki oxuyub qurtarandan sonra iş tapmaq müşkül məsələdi... Nurengiz Bagirova.


Posted from my blog with SteemPress : https://nurengiz.000webhostapp.com/2018/09/oxutmuram-%c9%99l-c%c9%99kin
Sort:  

Congratulations @sirabende ! You received a 10% upvote from @kryptoniabot & @kryptonia for your task of 2588 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

Coin Marketplace

STEEM 0.28
TRX 0.13
JST 0.032
BTC 65035.33
ETH 2950.72
USDT 1.00
SBD 3.66